Keçid linkləri

2026, 23 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Seul Ukraynada əsir düşən şimali koreyalı əsgərləri istəyir

Əsir götürülən Şimali Koreya əsgəri
Əsir götürülən Şimali Koreya əsgəri

Cənubi Koreya Rusiya tərəfində Ukraynaya qarşı vuruşarkən əsir düşən iki Şimali Koreya əsgərinin tezliklə Seula təhvil verilməsi üçün diplomatik səylər göstərir. "The Korea Herald" qəzetinin məlumatına görə, Cənubi Koreya və Ukrayna rəsmiləri bu barədə ilkin razılıq əldə ediblər.

Hər iki KXDR hərbçisi 2025-ci ilin yanvarında Kursk vilayətində Ukrayna ordusuna əsir düşüb. Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə onları Rusiya əsirliyindəki ukraynalı hərbçilərlə dəyişmək üçün Pxenyana göndərmək istəsə də, əsirlər Cənubi Koreyadan sığınacaq istədiklərini bildiriblər. Fevralda onlardan biri, payızda isə digəri Cənubi Koreyaya getmək arzusunda olduğunu açıqlayıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Ukrayna XİN rəhbəri Andriy Sıbiqanın Seula gözlənilən səfəri zamanı bu məsələdə ciddi irəliləyiş olacağına ümid edir. Rəsmi Seul bildirib ki, əsir düşən və Cənubi Koreyaya gəlmək istəyən bütün Şimali Koreya hərbçilərini qəbul etməyə hazırdır. Nazirlik əsirlərin öz iradələrinə qarşı Rusiya və ya KXDR-ə geri göndərilməsinə qəti etiraz edir. Şimali Koreya tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Şimali Koreya kontingenti 2024–2025-ci illərdə Rusiyanın Kursk vilayətində Ukraynaya qarşı döyüşlərdə iştirak edib. KXDR itkiləri etiraf etsə də, dəqiq rəqəm açıqlamayıb. Cənubi Koreya kəşfiyyatı ölənlərin sayının 2 mini ötdüyünü bildirir. Jurnalistlər isə Pxenyanda ucaldılan yeni xatirə kompleksində 2 min 288 hələ olmuş əsgərin adını qeydə alıblar.

XS
SM
MD
LG