Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:17

ABŞ və Britaniya Ukraynaya silahla dəstək verəcək


Ukrayna əsgəri Javelin raketi ilə
Ukrayna əsgəri Javelin raketi ilə

ABŞ və Britaniya rəsmiləri Ukraynaya dəstək və yeni silahlar verilməsinin davam etdirləcəyini bildiriblər.

Britaniyanın müdafiə naziri Ben Uolles yanvarın 17-də parlamentdəki çıxışında deyib ki, London Ukraynaya yeni “müdafiə silahları sistemləri” verir və Kiyevə diplomatik dəstəyini artırmaqdadır.

"Biz Ukraynanı yüngül antizireh müfadafiə sistemləri ilə təchiz etmək qərarına gəlmişik. Bunlar strateji silahlar deyil və Rusiya üçün heç bir təhlükə təşkil etmir. Bu silahlar özünümüdafiə üçündür”.

Uolles deyib ki, o Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qarşıdan gələn həftələrdə gərginliyin azaldılması məqsədilə danışıqlar üçün Londona dəvət edib.

Kiyev və onun Qərb dəstəkçiləri bildirirlər ki, Rusiya Ukrayna ilə sərhəddə 100 minədək əsgəri qüvvə cəmləşdirib və bu, potensial baxımdan Ukraynaya müdaxiləyə hazırlıq ola bilər.

ABŞ senatorlarından dəstək

Bu arada ABŞ Konqresinin nümayəndə heyəti də Ukraynaya dəstək nümayiş etdirmək üçün yanvarın 17-də Kiyevə gıəlib.

Demokrat senator Riçard Blumental Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra deyib:

"Mən düşünürəm ki, Vladimir Putin əgər müdaxilə edərsə, Ukrayna xalqının necə mərdliklə döyüşəcəyini lazımınca qiymətləndirməməklə karyerasının ən böyük səhvini edib. Biz Rusiyaya yeni boğucu sanksiyalar qoyacağıq, amma bundan da mühümü - Ukrayna xalqına özünü və həyatını müdafiə etmək üçün silahlar, döyüş silahları verəcəyik”.

Senator bildirib ki, silah dəstəyinə Javelin antitank raketləri, Stinger raketləri, kiçikçaplı silahlar və hərbi katerlər də daxil ola bilər.

Demokrat senator Emi Klobuşar isə deyib ki, “Putin demokratiyanın müqəddəsliyini pozmaq yolunu seçsə, onun üçün nəticələri ağır olacaq”.

Senator Kris Mörfi AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində qeyd edib ki, Vaşinqton Ukraynanı özünümüdafiə silahları təchiz etmək niyyətindədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG