Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Lukaşenka Rusiya-Belarus hərbi təlimlərini anons edir


Belarus - Alexander Lukashenko met with the Belarusian peacekeeping contingent that arrived from Kazakhstan. Machulischy, 15Jan2022
Belarus - Alexander Lukashenko met with the Belarusian peacekeeping contingent that arrived from Kazakhstan. Machulischy, 15Jan2022

Fevral ayında Belarusun qərb və cənub sərhədlərində, yəni həm də Polşa və Ukrayna ilə sərhəddə Rusiya və Belarus silahlı qüvvələrinin birgə əməliyyat manevrləri keçiriləcək.

Bu barədə yanvarın 17-də Belarusun başçısı Alyaksandr Lukaşenka deyib.

O iddia edib ki, guya Ukrayna Belarus sərhədinə qoşun toplayır.

Hərbi təlimlərin keçiriləcəyi barədə hələ ötən dekabrda elan edilsə də, manevrlərin “əməliyyat mahiyyəti” barədə məlumat indi açıqlanıb.

Lukaşenka deyib ki, bu təlimlər “sanballı” olmalıdır. Onun sözlərinə görə, bu təlimlərdə qərb (Baltikyanı və Polşa), habelə cənub (Ukrayna) qüvvələri ilə qarşıdurmada “müəyyən planın işlənməsi” nəzərdə tutulub.

Təlimlərin dəqiq vaxtı hələki elan olunmayıb. Bu təlimlər Rusiya və Qərb arasında Ukraynaya görə qarşıdurmanın gücləndiyi, habelə NATO-nun Rusiyanın tələblərinə “yox” dediyi vaxta təsadüf edir.

ABŞ bildirir ki, Rusiyanın Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsi onun bu ölkəyə hərbi müdaxiləsinə hazırlıq ola bilər.

Moskva bu iddiaları rədd edir.

“Müttəfiq qətiyyət”

Hərbi təlimlərin kod adı “Müttəfiq qətiyyət”dir.

Qərb ölkələri kəşfiyyatlarının məlumatlarına görə Ukrayna ilə sərhədin yaxınlığında Rusiyanın 100 minədək əsgəri qüvvəsi var.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva qoşun cəmləşdirdiyini gizlətmir, lakin bu, hər hansı müdaxiləyə hazırlıq deyil.

Bəzi kütləvi informasiya vasitələri Ukraynaya mümkün hərbi müdaxilə barədə təhlillərini dərc ediblər.

Bu təhlillərdə hücumun Belarus ərazisindən ola biləcəyinə dair də ehtimallar var.

Ukrayna ötən ilin sonlarından Belarusla sərhədini möhkəmləndirib.

Almaniya xəbərdarlıq edir

Bu arada, yanvarın 17-də Kiyevdə rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra deyib ki, Rusiya Ukraynaya hər hansı genişmiqyaslı müdaxiləyə görə “ağır bədəl” ödəməli ola bilər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok
Almaniyanın xarici işlər naziri Annalena Berbok

O işarə edib ki, söhbət ilk növbədə Rusiyanın iqtisadi, strateji və siyasi maraqlarına dəyə biləcək ağır zərbədən gedir.

Xanım Berbok əlavə edib ki, diplomatiya böhranın çözümü üçün ən yaxşı vasitə olaraq qalır.

Rusiya qazını Baltik dənizinin dibi ilə və Ukraynadan yan keçərək Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəməri barədə danışarkən nazir bildirib ki, hazırda onun sertifikasiyası dayandırılıb, çünki kəmər Avropanın hüquqi normalarına uyğun deyil.

Bir çox alman siyasətçilərdən fərqli olaraq Berbok Şimal Axını 2 layihəsini Rusiyanın iddia etdiyi kimi “sırf kommersiya” layihəsi hesab etmir və bildirir ki, layihə “geostrateji mahiyyət” daşıyır.

Berbok bildirib ki, Rusiyanın Ukrayana təcavüzü təqdirində Almaniya “adekvat tədbirlər” görə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG