Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

Separatçılar Ukraynanın 5 əsgərini öldürüblər


Prezident Petro Poroshenko müharibəni bititə bilmədiyinə görə Ukrayna xalqından üzr istəyib
Prezident Petro Poroshenko müharibəni bititə bilmədiyinə görə Ukrayna xalqından üzr istəyib

Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələrlə döyüşdə 5 Ukrayna əsgəri öldürülüb, daha 7 hərbçi yaralanıb.

Ukraynanın Müdafiə Nazirliyi avqustun 23-də bildirib ki, bu, son aylarda ordunun verdiyi ən böyük itki olub.

Ukrayna rəsmiləri bildiriblər ki, dörd əsgər şərqi Luqansk rayonunda separatçılarla beş saat davam edən ağır döyüşdə həlak olub. Bu məntəqədə separatçılar hökumət qoşunlarını qumbaraatanlardan atəşə tutmuşdular.

Lakin separatçılar bildirirlər ki, onların üzərinə əvvəlcə hökumət qoşunları hücum çəkib və onlar hücumu dəf ediblər.

AFP Müdafiə Nazirliyinin sözçüsü Dmytro Gutsulyaka istinadən xəbər verir ki, beşinci əsgər münaqişə bölgəsinin başqa məntəqəsində həlak olub.

Avqustun 23-də Ukrayna prezidenti Petro Poroshenko deyib ki, hökumət qoşunları iriçaplı silahlardan atəşə tutulub.

Poroshenko habelə Luhansk və Donetsk regionlarında münaqişəyə tezliklə son qoyacağına dair 2014-ci ildə verdiyi vədə hələ də əməl edə bilmədiyinə görə Ukrayna xalqından üzrxahlıq edib:

"Adamlar bunu müharibəni tez bir zamanda bitirmək imkanı kimi qəbul etmişdilər. Mən şişirdilmiş gözləntilər yaratdığıma görə üzr istəyirəm. Mən sizə həqiqətə çevrilməyən ümidlər verdiyimə görə səmimi-qəlbdən üzr istəyirəm”.

Birləşmiş Ştyatlar və Avropa İttifaqı Ukraynanın şərqindəki separatçılara hərbi texnika və canlı qüvvə ilə dəstək verdiyinə, habelə Krım yarımadasını qanunsuz ilhaq etdiyinə görə Moskvanın üzərinə ağır sanksiyalar qoyub.

Moskva bir çox başqa məsələlərdə olduğu kimi separatçılara dəstək verdiyini də israrla danır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG