Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:47

Ukrayna Rusiyaya yeni cinayət işi açıb


Krım körpüsü
Krım körpüsü

Ukrayna Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına sərnişin qatarının gəlməsi ilə bağlı cinayət işi açıb.

Bu həftənin əvvəllərində Rusiya prezidenti Vladimir Putin Ukraynadan qopardılmış Krımı Rusiyanın əsas ərazisi ilə birləşdirən dəmir yolu körpüsünün rəsmi açılışını edib.

Kiyev, Birləşmiş Ştatlar və Avropa İttifaqı bu körpünün tikiliməsini Ukraynanın suverenliyinin pozulması kimi pisləmişdi.

Rusiyanın bu hərəkətlərinə görə onun üzərinə Qərb tərəfindən ağır sanksiyalar qoyulub.

Ukraynanın Baş Prokurorluğu dekabrın 25-də yaydığı bəyanatda bildirir ki, sərnişin qatarının Ukrayna sərhədini qanunsuz keçməsinə görə cinayət işi açılıb.

Grand Service Express özəl dəmir yolu şirkətinin qatarı Sankt Peterburq şəhərindən dekabrın 23-də çıxıb və Sevastopola dekabrın 25-də çatıb.

Bu Krımı Rusiya ilə birləşdirən körpü üzərindən sərnişin qatarının ilk keçidi idi.

Moskva körpünün dəmir yolu zolağının rəsmi açılışını dekabrn 23-də keçirib.

Avropanın ən uzun körpüsü Rusiyaya 3.7 milyard dollara başa gəlib.

Grand Service Express şirkəti bildirib ki, 2020-ci ilin may ayında Krıma səkkiz marşrutun açılmasını planlaşdırır.

Krıma Rusiyanın Murmansk, Yekaterinburq və Kislovodsk şəhərlərindən dəmir yolu marşrutlarının açılması nəzərdə tutulur.

Bütün bunlara rəğmən bu körpü yarımadanı Rusiya ilə birləşdirən yeganə yoldur.

Ukrayna bu körpünü öz suverenliyinin pozulmasınsdan başqa həm də gəmiçiliyə maneə törətdiyinə görə tənqid edir.

Avropa İttifaqı və Birləşmiş Ştatların sanksiyaları bu körpünün inşası ilə bağlı şirkət və fərdləri hədəfləyir.

Rusiya 2014-cü ildə Krımın ilhaqı ilə yanaşı, həm də Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başlayıb.

XS
SM
MD
LG