Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:33

Putin Krım körpüsünü açır


Kerç boğazından çəkilmiş körpü
Kerç boğazından çəkilmiş körpü

Dekabrın 23-də Vladimir Putin Kerç boğazından çəkilmiş, ilhaq olunmuş Krım yarımadası isə Rusiyanı birləşdirən körpünün rəsmi açılış mərasimində iştirak edib.

Yerli hökumət rəsmilərinin də qatıldığı tədbirdə Putin fəhlələrə “bu nəhəng layihə”nin tikintisindəki işinə görə təşəkkür edib.

Mərasim Rusiyanın dövlət televiziyası ilə canlı yayımlanıb.

***

Dekabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Ukraynadan ilhaq olunmuş Krım yarımadasını Rusiyaya birləşdirən körpüdə dəmiryol nəqliyyatının rəsmi açılışında iştirak edəcək.

Kiyev, Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyanın bu körpünü çəkməsini pisləyib, onu Ukraynanın suverenliyinin pozulması adlandırıb. Qərb ölkələri tikintiylə əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib.

“Grand Service Express” özəl dəmiryolu şirkəti noyabrda elan edib ki, ilk qatar dekabrın 23-də Sankt Peterburqdan Sevastopola yola düşəcək, 2 min 741 km məsafəni 43,4 saata qət edəcək.

19 kilometrlik körpü 3,7 milyard dollara başa gəlib və Avropanın ən uzun körpüsü sayılır, Portuqaliyadakı Vasko de Gama körpüsünü ötüb.

“Krım körpüsü”

Kerç boğazından çəkilmiş körpünün dəmiryol xəttinin açılması onun genişləndirilməsi deməkdir. 2018-ci ilin mayında Putin körpünün avtomobil nəqliyyatı üçün nəzərdə tutulmuş hissəsini açmışdı.

Həmin gün Putin dövlət televiziyasında canlı yayımda Kamaz maşınının sükanı arxasına keçmişdi.

Rusiya bu körpünü Krım Körpüsü adlandırır. Krım qurudan əsasən Ukraynaya bağlıdır və bu körpü yarımadanı Rusiyaya bağlayan yeganə xətdir.

Ukrayna layihəni təkcə ərazi bütövlüyünün pozulmasına görə pisləməyib. Bu körpü Ukrayna üçün gəmiçiliyi də çətinləşdirmiş olur.

Avropa Birliyi körpü tikintisini pisləyib. ABŞ Dövlət Departamenti bildirib ki, bu “Ukrayna hökumətinin icazəsi olmadan” həyata keçirilib.

AB və ABŞ-ın tətbiq etdiyi sanksiyalar biznesmen, Putinin yaxın dostu Arkady Rotenberg-i də hədəfə alıb. Körpünün tikinti hüquqları onun şirkətinə verilmişdi.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Beynəlxalq ictimaiyyət bu ilhaqı tanımayıb.

Həmin ildən bəri Rusiya Ukraynanın şərqində hökumətə qarşı çıxan separatçıları da dəstəkləyib. Münaqişədə indiyədək 13 mindən çox adam həlak olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG