Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:03

Kiyev Rusiyaya bütün təyyarə reyslərini qadağan edir


Yuriy Boiko (ortada) və Viktor Medvedchuk martın 22-də Rusiyanın baş naziri Dmitry Medvedev və Gazprom-un rəhbəri Aleksei Millerlə görüşüblər
Yuriy Boiko (ortada) və Viktor Medvedchuk martın 22-də Rusiyanın baş naziri Dmitry Medvedev və Gazprom-un rəhbəri Aleksei Millerlə görüşüblər

İki müxalifət fiqurunun Moskvaya səfərinin ardınca Ukrayna hökuməti Rusiyaya uçan bütün təyyarə reyslərini qadağan edib.

Bu tədbirin təşəbbüsçüsü kimi çıxış edən daxili işlər naziri Arsen Avakov aprelin 3-də deyib ki, ötən ay prezidentliyə namizəd Yuriy Boiko və Həyat Naminə Müxalifət Platformasının rəsmi nümayəndəsi Viktor Medvedchuk “Ukrayna qanunvericiliyindəki boşluqlardan istifadə edərək” birbaşa Moskvaya uçublar.

Avakov deyib ki, bundan sonra sözü gedən qadağan ATƏT, BMT və Qırmızı Xaç kimi beynəlxalq təşkilatlar tərəfindən fraxtlanan təyyarələrə də şamil ediləcək.

Ukraynanın baş naziri Volodymyr Hroysman deyib ki, “bu məhdudiyyətlər Rusiya təcavüzkar ölkə olmasını dayandırıb sivilizasiyalı dövlətə çevrilənədək qüvvədə qalacaq”.

Ukraynanın baş prokuroru Yuriy Lutsenko deyib ki, sözü gedən iki siyasətçi barədə “sərhədin qanunsuz keçilməsi” ittihamı ilə təhqiqata başlanacaq.

Yuriy Boiko və Viktor Medvedchuk martın 22-də Moskvaya uçaraq orada Rusiyanın baş naziri Dmitry Medvedev və Gazprom-un rəhbəri Aleksei Millerlə görüşüblər.

Bu görüşlər zamanı iki ölkə arasında iqtisadi və ticarət bağlarının bərpası məsələsi müzakirə olunub.

Ukrayna və Rusiya arasında birbaşa təyyarə uçuşları 2015-ci ilin oktyabrında dayandırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG