Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Ukraynada moskvayönlü siyasətçi barədə iddialar araşdırılır


Viktor Medvedchuk
Viktor Medvedchuk

Ukraynanın hakimiyyət orqanları bidlrib ki, Rusiya prezidenti Vladimir Putinlə şəxsi bağları olan ziddiyyətli siyasi fiqurlardan Viktor Medvedchuk-un dövlət xəyanəti və ölkənin ərazi bütövlüyünə qarşı cinayət törətdiyinə dair iddiaları araşdırır.

Ukrayna Baş Prokurorluğunun sözçüsü xanım Larysa Sarhan fevralın 5-də Facebook səhifəsində yazır ki, Ukrayna Təhlükəsizlik Xidməti millət vəkili Andriy Teterukun şikayətindən sonra xüsusi təhqiqata başlayıb.

Medvedchuk Həyat Naminə Partiyası və Ukrayna seçimi hərəkatından ibarət Müxalifət Platforması adlı fraksiyaya rəhbərlik edir. Ukraynada bir çoxları bu iki təşkilatı kremlyönlü qrup hesab edirlər.

Teterukun iddiasına görə Medvedchuk partiyasının yanvarın 29-da keçirilən toplantısında deyib ki, ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazilərə Ukrayna daxilində muxtariyyət verilməlidir.

Sarhan yada salıb ki, ölkə Konstitusiyasına görə Ukrayna “unitar dövlətdir” və Konstitusiya “ölkənin ərazi bütövlüyünün qarantıdır”.

Sözçü habelə bildirib ki, “Rusiya Donetsk və Luhanskdakı separatçıları canlı qüvvə, silah və başqa materiallarla təchiz etməklə Ukraynaya qarşı təcavüzkar əməliyyat həyata keçirir”.

Sarhan deyib ki, Donbas kimi tanınan şərq regionuna muxtariyyətin verilməsi bu ərazilərin “işğalının leqallaşdırılması” olardı.

Müxalifət Platforması – Həyat naminə partiyası Medvedchuk-a qarşı ittihamları “sayaqlama” adlandırıb və bəyan edib ki, bu təhqiqata 31 mart seçkisi ərəfəsində Kiyevin qərbyönlü hökuməti göstəriş verib.

Medvedchuk Ukraynanın şərqində davam edən münaqişənin tənzimlənməsinə həsr olunmuş danışıqların daimi iştirakçısıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG