Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Ukraynada qalmaqal: Saakashvili, Yatsenyuk və Avakov “qırğına çıxıblar” (Video)


Saakashvili-yə stəkan atdılar
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Saakashvili-yə stəkan atdılar

Ukrayna mətbuatı xəbər verir ki, prezident Poroshenko-nun iştirakı ilə keçirilən hökumət müşavirəsində rəsmilər bir-birlərini nalayiq ifadələrlə təhqir ediblər

.

Ukraynada İslahatlar üzrə Milli Şuranın iclasında yüksək vəzifəli şəxslərin təhqir dolu dava-dalaşı ilə bağlı qalmaqal yaşandığı xəbər verilir.

Ukraynanın “Faktı” saytının xalq deputatı Sergey Leshenko-nun Facebook səhifəsinə istinadən veridiyi məlumata görə, bu müşavirədə ölkənin daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakashvili arasında qızğın mübahisə düşüb. Sonradan bu mübahisəyə baş nazir Arseniy Yatsenyuk da müdaxilə edib.

“Saakashvili-nin nitqindən sonra nazir Avakov irad tutub ki, qubernatior teleefirdə olduğu qədər alovlu çıxış edə bilməyib. Daha sonra mübahisə başlanıb. Avakov Saakashvili-yə deyib ki, “oğru onun özüdür”. Saakashvili isə deyib ki, “onun olan-qalanı yalnız təmiz adıdır” – yazır millət vəkili Facebook-da.

Leshenkonun yazdığına görə, bundan sonra Avakov çığırmağa başlayıb və Saakashvilidən “onun ölkəsini tərk etməsini” tələb edib. Bunun ardınca Yatsenyuk da Saakashvili-dən “rədd olmasını” istəyib və onu “qastrolçu” adlandırıb.

Bunun cavabında Saakashvili bildirib ki, o da bu ölkənin vətəndaşıdır, lakin “Yatsenyukdan fərqli olaraq Ukraynanı qarət etmir”.

Saakashvili “davalı” videonu efirə verməyi tələb edib

Millət vəkili yazır ki, Petro Poroshenko bu dava-dalaşı sakitləşdirməyə çalışsa da, sonradan müşavirəni bağlı elan etməli olub.

Xəbər portalında dərc olunmuş məlumatda deyilir ki, daxili işlər naziri Avakov da özünün Facebook səhifəsində müəyyən təfərrüatları bölüşüb.

O mənə “korrupsioner nazir” dedi və sonra da birbaşa təhqirə keçdi. Mən onu vurmaqdan özümü saxladım və stəkandakı suyu onun üzünə çırpdım

O yazıb ki, Saakashvili-ni bir rusiyalı oliqarxla əlaqələrdə ittiham edib və Saakashvili bundan sonra qəzəblənərək özündən çıxıb.

“O dedi ki, Saakashvili ilə belə danışmağa heç kimin haqqı yoxdur” – yazır Avakov.

“O mənə “korrupsioner nazir” dedi və sonra da birbaşa təhqirə keçdi. Mən onu vurmaqdan özümü saxladım və stəkandakı suyu onun üzünə çırpdım” – yazıb Ukraynanın daxili işlər naziri.

Nazir Odessa qubernatorunu “divanə popullist” adlandırıb.

Öz növbəsində Saakashvili prezidentin mətbuat xidmətindən müşavirənin tam videoyazısının efirə verilməsini tələb edib.

“Videoçəkiliş üç kamera ilə aparılıb və Ukrayna xalqının ona kimlərin rəhbərlik etdiyini bilməyə haqqı var. Mən öz sözlərimə cavabdehəm. Ölkəni yolçu vəziyyətinə salan subyektlərin öz hərərkətləri üçün hesabat vermələrinin vaxtı çatıb” – yazıb Mixeuil Saakashvili özünün Facebook səhifəsində.

XS
SM
MD
LG