Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:48

Yatsenyuk 90 milyon mənimsəyib ?


Mikheil Saakashvili və Arseniy Yatsenyuk

Ukrayna prokurorluğu baş nazir Arseniy Yatsenyukun korrupsiya şəbəkəsində əli olub-olmamasnı araşdırır.

Söhbət Odessa liman zavodundan il ərzində 90 milyon dolların mənimsənilməsindən gedir.

Bu barədə dekabrın 8-də Britaniyanın “The Times” qəzeti baş prokurorun müavini və Odessa vilayətinin prokuroru David Sakvarelidzeyə istinadla yazıb.

Onun sözlərinə görə, bu dövlət mülkiyyəti olan zavoda reyd zamanı bəlli olub.

“Ukrainskaya Pravda”nın yazdığına görə, Yatsenyuk və ətrafı ittihamı rədd edir.

Odessa vilayətinin qubernatoru Mikheil Saakashvili isə dekabrın 7-də “5-ci kanal”a müsahibəsində nazirlər kabineti və böyük iş adamlarının korrupsiyada əli olmasını göstərən sənədlər təqdimetməyə hazır olduğunu bildirib.

O bildirib ki, Ukrayna korrupsiya şəbəkəsinə görə 5 milyard dollar itirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG