Ukrayna MDB-yə üzv ölkələrdəki nümayəndəliklərini bağlayıb.
MDB-nin icraçı katibi Sergey Lebedev avqustun 28-də təsdiq edib ki, Ukraynanın MDB nümayəndəlikləri bu ayın əvvəlində bağlanıb və hazırda blokun Kiyevlə əlaqəsi yalnız Ukraynanın Belarusdakı səfirliyi vasitəsilə saxlanır.
Lebedev ümid etduiyini bildirib “Ukrayna hər halda MDB-kəki varlığını saxlayacaq”.
Ukrayna prezidenti Petro Poroshenko bu ilin əvvəlində Kiyevin MDB strukturlarındakı bütün nümayəndələrin geri çağırılması barədə fərman imzalamışdı. O MDB-ni Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməməkdə ittiham edirdi.
Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yaarımadasını qanunsuz ilhaq edib və o vaxtdan bəri Ukraynanın şərqindəki moskvayönlü separatçıları silah-sursat və canlı qüvvə ilə dəstəkləyir.
Hakimiyyətə rusiyayönlü prezident Viktor Yanukovych-in xalq etirazları nəticəsində devrilməsindən sonra gəlmiş Poroshenko dəfələrlə deyib ki, onun ölkəsinin gələcəyi Rusiya ilə yox, Avropa İttifaqı ilədir.
Ukrayna SSRİ-nin çökməsindən dərhal sonra, 1991-ci ildə yaradılmış bur qrupda yalnız müşahidəçi kimi iştirak edirdi.
Hazırda MDB-nin üzvləri bunlardır: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan.