Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:17

Kurt Volker: ABŞ və Avropa Rusiyaya qarşı ‘yeni təbdirləri’ nəzərdən keçirir


ABŞ-ın Ukraynadakı xüsusi səfiri Kurt Volker
ABŞ-ın Ukraynadakı xüsusi səfiri Kurt Volker

ABŞ-ın Ukraynadakı xüsusi səfiri deyib ki, Vaşinqton və Avropa 24 Ukrayna dənizçisinin hələ də saxlanması ilə bağlı Rusiyaya qarşı yeni tədbirlərin görülməsi məsələsinə baxır.

Yanvarın 31-də telefon brifinqində danışan Kurt Volker deyib ki, Rusiya dənizçilərin “qanunsuz” saxlanmasını davam etdirir və belə görünür, Moskva onları Ukraynada 31 mart prezident seçkisinədək azad etmək niyyətində deyil:

"Bu belə bir təsəvvür yaradır ki, dənizçilərin saxlanmasından məqsəd hüquqi səbəblərdən daha çox Ukraynaya təzyiq göstərmək niyyəti ilə bağlıdır. Mən deyə bilərəm ki, ABŞ və Avropa Rusiyanın dənizçiləri qaytarmadığı təqdirdə tətbiq etmək üçün ona qarşı yeni əlavə tədbirlər məsələsini nəzərdən keçirir. ABŞ “Krım sanksiyalarına” bir daha fevralda baxacaq. Avropa İttifaqı əlavə sanksiyaları müzakirə edir. Hələ razılaşma əldə olunmayıb, lakin xarici işlər nazirləri də fevral ayında görüşəcəklər”.

Rusiya sahil keşiyi qüvvələru noyabrın 25-də Qara dənizi Azov dənizi ilə birləşdirən Kerç boğazında Ukraynaya məxsus üç gəmini atəşə tutmuş və onların heyətlərini həbs etmişdi.

Moskva Ukrayna gəmilərinin Rusiyanın ərazi sularına icazəsiz daxil olduğunu iddia edir.

Sərhədi qanunsuz keçməkdə ittiham olunan dənizçiləri 6 ilədək həbsxana cəzası gözləyə bilər.

Moskva məhkəməsi noyabr ayında Qara dənizdə Rusiya qüvvələrinin hücumuna məruz qaldıqdan sonra saxlanmış 24 Ukrayna dənizçisinin saxlanma müddətinin uzadılması barədə qərar qəbul edib.

Bu məhkəmə qərarından 5 gün əvvəl Avropa İttifaqı Moskvanı Ukrayna gəmilərini və dənizçilərini azad etməyə çağırmışdı.

Brüssel bildirir ki, dənizçilərin, habelə ilhaq edilmiş Krım ərazisində başqa ukraynalıların həbs edilməsi qanunsuzdur.

Volker izah edib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı spesifik olaraq Azov dənizindəki Rusiya limanlarına xidmət göstərən Rusiya gəmilərini hədəfləyən mümkün tədbirləri nəzərdən keçirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG