Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:59

Avropa Parlamenti Ukraynaya viza rejimini ləğv elədi


Foto arxiv

Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verdi.

AzadlıqRadiosunun məlumatına görə, 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

36 nəfər isə birətəf qalıb.

Qərar 20 gündən-Avropa Birliyinin jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Vizasız rejim isə iyunun əvvəllərində qüvvəyə minə bilər.

Bundan sonra sənədi Avropa Şurası da təsdiqləməlidir.

Ukrayna prezidenti Petro Poroshenko bir gün əvvəl qərarın qəbul ediləcəyinə ümidlə yanaşdığını bildirmişdi.

O, səsvermədən dərhal sonra özünün Feysbuk səhifəsində yazıb-“Yes!”.

Məlumata görə müzakirələr vaxtı bir sıra deputatlar qəti şəkildə buna qarşı çıxıb, məsələn,Fransa “Milli cəbhə” partiyasının nümayəndəsi Jil Leberton.

Həmçinin deputatlar ölkədki korrupsiya və Donbasdakı müharibədən narahatlıq bildiriblər.

Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Gürcüstana qarşı da viza rejimini ləğv edib.

Qeyd edək ki, bu, Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir.

Bu proqrama ilkin olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxil idi.

Amma Ermənistan son anda Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə daxil oldu.

Azərbaycansa Avropa Birliyi ilə başqa formada əməkdaşlıq etmək qərarına gəlib və tərəflər artıq bunu razılaşdırıb.

Həmçinin Ermənistanla Avropa Birliyi başqa formada əmkdaşlıq etmək razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG