Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Avropa İttifaqı Ukraynaya hər ay 1,5 milyard avro verəcək


Ukrayna prezidenti Volodymyr Zelensky və Avropa Komissiyasının sədri Ursula von der Leyen . Kiyev-15 sentyabr,2022
Ukrayna prezidenti Volodymyr Zelensky və Avropa Komissiyasının sədri Ursula von der Leyen . Kiyev-15 sentyabr,2022

Reüters agentliyi Ursula von der Leyenı istinadla yazır ki,  Ukrayna Avropa İttifaqına bildirdi ki, əsas ehtiyacları ödəmək üçün ayda ona 3-4 milyard avro vəsait lazımdır.

Avropa İttifaqı 2023-cü ildən başlayaraq Ukraynaya hər ay 1,5 milyard avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen oktyabrın 21-də Avropa İttifaqının, Rusiya-Ukrayna müharibəsinin 240-cı gününə həsr edilmiş sammitində çıxış edərkən deyib.

O qeyd edib ki, hazırda Rusiyanın hücumuna məruz qalmış Ukraynanın sabit bir gəlirə malik olması çox vacibdir.

Reüters agentliyi Ursula von der Leyenı istinadla yazır ki, Ukrayna Avropa İttifaqına bildirdi ki, əsas ehtiyacları ödəmək üçün ayda ona 3-4 milyard avro vəsait lazımdır.

Bu pulun qalan hissəsinin isə Birləşmiş Ştatlardan ayrılacağı güman edilir.

Avropa Komissiyası sədrinin sözlərinə görə, Avropa İttifaqı artıq indiyədək Ukraynaya 19 milyard avroluq yardım edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

XS
SM
MD
LG