Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:27

ABŞ və Rusiya müdafiə nazirləri danışıblar


ABŞ və Rusiya müdafiə nazirləri Lloyd Ostin (solda) və Sergey Şoyqu
ABŞ və Rusiya müdafiə nazirləri Lloyd Ostin (solda) və Sergey Şoyqu

ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib ki, telefon söhbətinin təşəbbüsçüsü Ostin olub

ABŞ və Rusiya müdafiə nazirləri Lloyd OstinSergey Şoyqu arasında telefon söhbəti olub.

Onlar oktyabrın 21-də yer alan bu söhbət zamanı Moskvanın Ukraynaya müdaxiləsini müzakirə ediblər.

Pentaqon bildirir ki, Ostin bu söhbət zamanı ABŞ və Rusiya arasında kommunikasiya xətlərinin açıq saxlanmasının zəruriliyini vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib ki, telefon söhbətinin təşəbbüsçüsü Ostin olub.

Sözçü habelə deyib ki, oktyabrın 21-də tərəflər arasında söhbət üçün ən münasib imkan olub.

O bu “münasib məqamın” nədən ibarət olduğunu açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, söhbət zamanı Ukrayna da daxil beynəlxalq təhlükəsizliyin aktual məsələləri müzakirə olunub.

Bu ikinci telefon söhbəti idi

Bu, Rusiyanın Ukraynaya müdaxiləsi başlananadan bəri Ostin və Şoyqu arasında ikinci telefon söhbətidir.

Onların arasında son telefon danışığı mayın 13-də olmuşdu.

Bundan iki gün əvvəl Rusiya silahlı qüvvələriinin baş qərargah rəisi Valeri Gerasimovla onun amerikalı həmkarı general Mark Mili arasında telefon danışığı keçirilmişdi.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan Moskva və Vaşinqton arasında münasibətlər tarixən ən aşağı səviyyəyə enib.

Moskva Vaşinqtonu Ukraynaya müasir silahlar verməklə müharibəni uzatmaqda ittiham edir.

Vladimir Putin ötən həftə demişdi ki, o hazırda ABŞ prezidenti Co Baydenlə üzbəüz danışıqlara ehtiyac görmür.

XS
SM
MD
LG