Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

Britaniyanın baş naziri kim olacaq


Sabiqlər: Boris Conson (solda) və Rişi Sunak (Arxiv fotosu)
Sabiqlər: Boris Conson (solda) və Rişi Sunak (Arxiv fotosu)

Son məlumatlara görə hazırda keçmiş maliyyə naziri, əslən hindistanlı Rişi Sunakı 48 deputat dəstəkləyir

Baş nazir Liz Trassın istefasının ardınca oktyabrın 21-də Britaniyanın hakim Mühafizəkar Partiyasında yeni liderin seçkisinə start verilib.

Partiya liderini təşkilatın özündən olan millət vəkilləri seçməlidirlər. Hakim partiyanın lideri avtomatik olaraq həm də ölkənin baş naziri olur.

Potensial namizəd parlamentin İcmalar Palatasındakı mühafizəkar millət vəkillərindən ən azı 100-nün dəstəyinə malik olmalıdır.

Britaniya parlamentinin aşağı palatası - İcmalar Palatasında Mühafizəkar Partiyadan olan 357 deputat var.

Bu isə o deməkdir ki, partiya liderliyinə maksimum üç namizəd ola bilər.

Namizədlər yoxdur, amma reytinqlər var

Hələki bu partiyadan heç kəs namizədliyini irəli sürməyib. Buna baxmayaraq mühafizəkar deputatlar potensial namizədlərə dəstək bildirməyə başlayıblar.

Bu deputatların təşəbbüsləri barədə adətən The Telegraph qəzeti yazır. Qəzet habelə namizədlərə dəstək faizini hesablayır.

“Mənə dedilər sülh məsələsinə qarışma, o, İ.Əliyevin monopoliyasındadı”
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Son məlumatlara görə hazırda keçmiş maliyyə naziri, əslən hindistanlı Rişi Sunakı 48 deputat dəstəkləyir.

Britaniyanın keçmiş baş naziri Boris Consonun da yarışa qatıla biləcəyi xəbər verilib. Onu hazırda 37 deputatın dəstəklədiyi xəbər verilib.

Son dəfə Mühafizəkar Partiya liderliyi yarışında iştirak edənlərdən biri də Penni Mordont idi. Onu 16 deputatın dəstəklədiyi bildirilir.

Conson və Sunak liderdirlər

Oktyabrın 24-də səhərədək namizədlərdən yalnız biri 100 millət vəkilinin dəstəyini qazana bilər.

Belə olduğu halda məhz həmin namizəd Britaniyanın baş naziri olacaq.

Lakin əgər bir neçə namizəd 100 səsdən az toplasa, onda partiya liderliyi üçün seçkinin ikinci turu keçirilməlidir.

İkinci turda yeni liderin seçkisində təkcə millət vəkilləri yox, ümumiyyətlə bütün partiya üzvləri iştirak edəcəklər.

Onlayn aparılan bu seçkinin nəticəsi oktyabrın 28-də elan ediləcək.

Mühafizəkar Partiyadan hələki heç bir millət vəkili namizədliyini irəli sürməyib.

Ötən yay əksər partiyadaşlarının etimadını itirən Boris Conson istefaya getməli olmuşdu.

Lakin hazırda bir çox mühafizəkar millət vəkilləri onu dəstəkləməkdə davam edirlər.

O rəy sorğularında favoritlərdən biridir, amma əsas favorit kimi Sunakın adı çəkilir.

XS
SM
MD
LG