Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 11:37

Ukrayna müharibəsi Ələti beynəlxalq qovşaq edəcəkmi?


Rusiyanın Ukraynaya hücumu Bakıda tikinti materiallarını bahalaşdırıb
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Rusiyanın Ukraynaya hücumu Bakıda tikinti materiallarını bahalaşdırıb

Rusiyanın Ukraynaya hücumu Azərbaycanın Çin üçün əhəmiyyətini artıra bilərmi? 

Rusiyanın Ukraynaya hücumu Azərbaycanın Çin üçün əhəmiyyətini artıra bilərmi?

Bloomberg agentliyi ötən həftə yazıb ki, Çinin şərqindən Rusiya ərazisinə, ordan da Qərbi Avropaya keçən milyonlarla konteyner üçün problem yaranıb. Avtomobillər, laptoplar, smartfonları daşıyan şirkətlər Rusiyadan yan keçən yollar axtarışındadır. Buna səbəb isə təhlükəsizlik və ödənişlərlə bağlı risklərdir.

Bloomberq yazır ki, bununla da qlobal təchizat zənciri qopmağa başlayıb və şirkətlər yeni yollar axtarırlar.

Bu müzakirələrin keçirildiyi bir vaxtda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstana səfər edib və bu ölkə ilə birlikdə Asiyadan yüklərin Azərbaycan üzərindən Avropaya daşınması ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu haqda Qazaxıstanın hakimiyyətyönlü tengrinews.kz saytı yazır.

Mikayıl Cabbarov bir Qazaxıstan şirkəti ilə bağlı görüşü barədə Twitter-də yazsa da, detalları açıqlamayıb.

Azərbaycan tərəfi də bununla bağlı hansısa açıqlama verməyib.

Çinin böyük gəlişi

Bakıda, prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi, Çinin Şandon Beynəlxalq Universitetinin beynəlxalq siyasət üzrə doktorantı Nağı Əhmədov da deyir ki, artıq Çin şirkətləri Azərbaycanla maraqlanmağa başlayıb.

“Tələbatın artmasını artıq Qazaxıstan dəmiryol şirkətlərinin Azərbaycana gəlməsi ilə, Qazaxıstan-Azərbaycan-Gürcüstan birgə müəssisəsinin yaradılması ilə bağlı danışıqlar prosesinə başlamağı artıq bunu göstərir ki, indi buna tələbat var. Yəqin ki, Çin şirkətləri də bu proseslərə qoşulacaq”.

Çini Rusiya vasitəsilə Avropaya çıxaran yoldan başqa cənubda bir yol da var. Bu yol da Türkmənistan, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışdır.

Ələt limanı

Ələt limanı, rəsmi adla desək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçən yüklərin həcmi isə getdikcə artır.

Limanın Facebook səhifəsində yerləşdirilmiş məlumata görə, bu il, ötən illə müqayisədə ümumi yük daşınmasının həcmi 15 faizə qədər, quru yüklərin qəbulu 70 faizə qədər artıb.

Nağı Əhmədov deyir ki, bu, Ələt limanına marağın artmasının göstəricisidir. O əlavə edir ki, Azərbaycan Rusiya ərazisindən keçən yüklərin hamısını daşımaq qabiliyyətində olmasa da, gələcəkdə Azərbaycanda Çin investisiyalarının artması, infrastrukturun yenilənməsi də mümkündür.

İnterfax.az fevralın 22-də yazır ki, Mikayıl Cavvarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho ilə görüşüb və Azərbaycanın Çinlə əlaqələrin böyük önəm verdiyini deyib.

İnsan haqlarının hesabına

ABŞ-da region üzrə siyasi təhlilçi Pol Qobl AzadlıqRadiosuna deyib ki, bu tədbirlər Azərbaycanın Çinlə əlaqələri üçün hələ başlanğıcıdır və Çinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda iştirakı getdikcə artacaq.

Amma Pol Qobl əlavə edir ki, Çinlə əməkdaşlıq insan haqları sahəsində islahatlar baxımından Azərbaycan üçün perspektiv vəd etmir:

“Azərbaycan insan haqları ilə bağlı uğurlu olmayan ölkələrlə əməkdaşlığı artırdıqca özünü daha az təzyiq altında hiss edəcək. Rusiyada avtoritarizmi Azərbaycanda da güclüdür. Moskva Bakıya bu barədə təzyiq edəsi deyil. Çin də həmçinin. Bu, elə əsas səbəblərdən biridir ki, Bakı Çinlə bağlarını sıxlaşdırmağa meyllənib. Beləliklə, Azərbaycan böyük iqtisadi rola malik olacaq ölkələrdən biri Çindir və bu ölkə də Azərbaycan üzərində liberallaşma ilə bağlı hansısa təzyiq etməyəcək”.

Hazırda Çin Avropaya çıxmaq üçün Azərbaycan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmiryolundan faydalanır.

Rəsmi statistikaya görə, 2017-ci ildə istifadəyə verilmiş bu yoldan 2021-ci ilin 8 ayı ərzində təqribən 300 min ton yük daşınıb, bu da pandemiyadan əvvəlki, 2019-cu illə müqayisədə təqribən üç dəfə çoxdur.

XS
SM
MD
LG