Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:05

Merkel deyir ki, Rusiya qazının idxalı Ukraynanın rolu bəlli olmadan mümkün deyil


Ukrayna prezidenti Petro Poroşenko aprelin 10-da Berlində kansler Angela Merkellə görüşüb

Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya qazını onun ölkəsinə nəql edəcək yeni kəmərin taleyi Ukraynanın tranzit ölkə kimi rolu aydınlaşdırılmadan müəyyən edilə bilməz.

Merkel aprelin 10-da Ukrayna prezidenti Petro Poroşenko ilə birlikdə keçirdiyi mətbuat konfransında bu barədə deyib: "Mən bunu aydın şəkildə bildirimişəm ki, ŞimalAxını2 layihəsi barədə qərar Ukraynanın tranzit kimi rolu aydın olmadan müəyyənləşdirilə bilməz”.

Merkel deyib ki, bu sadəcə olaraq iqtisadi yox, həm də siyasi məsələdir.

AzadlıqRadiosu yazır ki, Merkel əvvəllər ŞimalAxını 2 layihəsini sırf iqtisadi layihı adlandırırdı.

Rusiyanın təbii qazını Baltik dənizinin dibi ilə Almaniyaya çıxaracaq ŞimalAxını2 kəməri ümulilikdə ŞimalAxını kəmərinin illik tutumunu 55 milyard kubmetrə çatdırmalıdır.

Lakin layihənin tənqidçiləri bildirirlər ki, ŞimalAxını2 layihəsi Avropanın Rusiya qazından asılılığını artıracaq və Rusiyanın dövlət enerji şirkətlərini varlandıracaq.

Merkel bildirib ki, Vladimir Putinlə aprelin 9-da yer almış telefon söhbətində ona Ukraynanın tranzit ölkə kimi rolunun dəqiqləşdirilməsinin mühüm olduğunu deyib.

Kansler deyib ki, Ukrayna bir dövlət kimi tranzit ödənişlərindən asılıdır.

Aprelin 9-da Almaniyanın Handelsblatt qəzetinə müsahibə verən Poroşenko Berlini ŞimalAxını2 layihəsindən əl çəkməyə çağırıb və deyib ki, bu layihə Ukraynanı blokadaya salmaq məqsədi güdür.

Polşa və Baltikyanı ölkələr də ŞimalAxını2 layihəsinə qarşı çıxış edirlər.

Ötən yanvar ayında keçmiş ABŞ dövlət katibi Rex Tillerson demişdi ki, Vaşinqton ŞimalAxını2 layihəsinin əleyhinədir.

Tillerson bildirmişdi ki, bu layihə Avropanın enerji təhlükəsizliyinə hədə yaradır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG