Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Azərbaycan klublarının Avroliqdakı rəqibləri bilindi


Azərbaycan milli yığması
Azərbaycan milli yığması

Bu gün, iyunun 20-də UEFA Avropa Liqasında Azərbaycan klublarının rəqibləri müəyyənləşib. Püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Bu haqda UEFA-nın saytı xəbər verir.

Azərbaycan klublarından “Keşlə”, “Qəbələ” və “Neftçi” mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

“Keşlə” Maltanın “Baltsan”, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” isə Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşacaq.

Birinci təsnifat mərhələsinin oyunları iyulun 12-də və iyulun 19-da keçiriləcək.

2017-2018-ci futbol mövsümündə " Qəbələ" Topaz Premyer Liqasının gümüş, " Neftçi" bürünc mükafatçısı olub. " Keşlə" Azərbaycan kubokunu qazanıb.

Dünən, iyunun 19-da İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilmişdi.

Həmin püşkatmada Azərbaycan çempionu “Qarabağ” klubunun da rəqibi müəyyənləşmişdi.

"Qarabağ" Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq. İki komanda arasında oyunlar iyulun 11 və 18-də keçiriləcək.

XS
SM
MD
LG