Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:19

'Kiyevdə məbləğin Bakıdakından 7 dəfə az olmasına baxmayaraq...'


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Düz bir ay sonra, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunun büdcəsinin 7 milyon dollara yaxın olduğu bildirilir.

Bununla bağlı yerli və xarici kütləvi informasiya vasitələrində Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) rəsmilərinə istinadən müxtəlif məlumatlar yayılıb.

Verilən məlumata görə, bu məbləğ Avropa Liqasının finalına bütün hazırlıq işlərini əhatə edir.

Son illərdə Azərbaycanda bir neçə bahalı idman tədbirləri keçirilib. 2015-ci ildə Bakıda I Avropa Oyunları təşkil edilib. Üstəlik, Bakı son 4 ildə Formula-1 yarışlarına ev sahibliyi edir.

Rəsmilər yarışların rentabelliyindən danışsalar da, ekspertlər deyilənlərə şübhə ilə yanaşırlar.

İdman yazar Coşqun Eldaroğlu qeyd edir ki, bu ilin mayında Avropa Liqasının finalı Bakıda gerçəkləşəcək, gələn il isə Avropa Çempionatının final mərhələsində milli komandalar arasında dörd oyun Azərbaycanda keçiriləcək: «Yəni, bu, Azərbaycan hökuməti üçün yeni bir istiqamətdir və onlar bunu yoxlamaq istəyirlər».

Formula 1-in Azərbaycana faydası nədir? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Yazar vurğulayır ki, keçən il Kiyevdə keçirilmiş Çempion Liqasının finalına şəhər meriyası 25 milyon qrivna (1 milyon dollar) vəsait ayırmışdı. Onun deməsinə görə, Kiyevdə məbləğin Bakıdakından 7 dəfə az olmasına baxmayaraq, Ukrayna mətbuatı şəhər rəhbərliyini tənqid edirdi ki, bu qədər pul xərcləyirlər: «Çünki gözləntilər böyük deyildi. Meriyanın arqumenti bu idi ki, ölkəyə turistlər axacaq, amma insanlar bu arqumentləri qəbul etmirdi. Nəticədə, Ukrayna bu yarışdan böyük qazancla çıxmadı».

C.Eldaroğlu hesab edir ki, 7 milyon dollar bu oyundan ötrü böyük puldur və bundan qazanc çox da böyük olmayacaq.

Xatırlatma

Bu il mayın 29-da UEFA Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Artıq biletlərin satışına da başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG