Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:58

0:8 uduzan komandanın kapitanı oyundan sonra nə edib?


Azerbaijan -- Neftchi-Partizan, UEFA-Euro League play-off, Baku, 28Aug2014
Azerbaijan -- Neftchi-Partizan, UEFA-Euro League play-off, Baku, 28Aug2014

Ekspert: «Futbolçular da cəzalandırılmalıdır»

«Neftçi» futbol klubunun Müşahidə Şurası bir neçə günlük götür-qoydan sonra, nəhayət, qərarını açıqladı. Baş məşqçi Vəli Qasımov, klubun icraçı direktoru Elnur Məmmədov, klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev vəzifələrindən azad edildilər.

«Neftçi» «Qəbələ»yə 8-0 hesabı ilə uduzduqdan sonra futbol klubunun Müşahidə Şurası cəzalandırılanlar olacağını bəyan etmişdi. Qərar sentyabrın 13-də açıqlanmalı olsa da, ertəsi günün birinci yarısında elan edildi.

Buna da bax:​ Vəli Qasımov 'Neftçi'dən kənarlaşdırıldı

Rüstəm Fətəliyev: «Bu qərar yetərli ola bilməz»

Rüstəm Fətəliyev
Rüstəm Fətəliyev

Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev AzadlıqRadiosu-na deyir ki, bu qərar «yetərli ola bilməz». O, gedənlərin yerinə yenilərin gələcəyini və bununla bağlı yaxın günlərdə qərarın açıqlanacağını bildirir.

Baş məşqçi Vəli Qasımovu kim əvəzləyəcək? Fətəliyev cavab verir: «Klubun Müşahidə Şurası və rəhbərliyi var, mən 100 faiz deyə bilmərəm, seçim edilib, ya yox. Amma onu deyə bilərəm ki, klub uzun zaman bu adamlarsız, bu vəzifələri yerinə yetirənlər olmadan işinə davam edə bilməz. Vacib vəzifələrdir və təbii ki, yaxın günlərdə gedənlərin yerinə kimlərin gələcəyini elan edəcəyik».

«Sabiq məşqçimiz də bu fikirdədir ki...»

Mövsümün ortasında komandaya yeni baş məşqçi gətirilməsi problemlər yaratmayacaq ki və ya Vəli Qasımovla yola davam etmək olardımı? Rüstəm Fətəliyev deyir:

«Təbii ki, 8-0 hesablı məğlubiyyətdən sonra dəyişikliklər qaçılmaz idi. Bunu artıq sabiq məşqçimiz Vəli Qasımov özü də son müsahibəsində deyib. O da bu fikirdədir ki, nəsə dəyişməli idi».

AzadlıqRadiosu Vəli Qasımov, eləcə də işdən çıxarılan digər şəxslərdən də açıqlama almağa çalışır.

«Futbolçular da cəzalandırılmalıdır»

Buna da bax:​ 'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır

Mahir Rüstəmli
Mahir Rüstəmli

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli Müşahidə Şurasının qərarını «gözlənilən» adlandırır:

«Yaşıl meydandakı nəticələrə görə baş məşqçi cavabdehlik daşıyır. Seleksiya, birbaşa icra işləri ilə Elnur Məmmədov məşğul olurdu. Elə bildiyimə görə, bu yay transferlərin çoxu onun xeyir-duası ilə həyata keçirilmişdi. O baxımdan, Şuranın qərarı gözlənilən idi».

«8-0 hesabı ilə uduzan onlardır. Rəqibə meydanda müqavimət göstərməyən də onlardır. Nəinki müqavimət göstərməyiblər, hətta Araz Abdullayev kimi kapitan sarğısını daşıyan bir adam oyundan sonra «Instaqram» hesabında rəqibin qol vurduğu anda şəklini paylaşır».

Ancaq Mahir Rüstəmli bu qərarın gələcək məğlubiyyətlərdən sığortalanmağa yetərli olmadığını düşünür. O futbolçuların da cəzalandırılmalı olduğunu bildirir.

«Rəqibin şəklini paylaşmaq nə deməkdir?»

«8-0 hesabı ilə uduzan onlardır. Rəqibə meydanda müqavimət göstərməyən də onlardır. Nəinki müqavimət göstərməyiblər, hətta Araz Abdullayev kimi kapitan sarğısını daşıyan bir adam oyundan sonra «Instaqram» hesabında rəqibin qol vurduğu anda şəklini paylaşır. Bu nə deməkdir?! Bunu anlamaq çətindir. Klub şərəfi deyilən anlayış var, o futbolçular da o şərəfi qorumalıdır. O tək baş məşqçiyə, icraçı direktora və digər klub rəsmilərinə aid deyil. Futbolçu da «Neftçi»nin kapitan sarğısını daşıdığını anlamalıdır», – baş redaktor deyir.

Buna da bax:​ Neftçi 0:8 hesabı ilə uduzandan sonra...

Müşahidə Şurasının sədri Çingiz Abdullayev: «Biz buna dözməyəcəyik».

Mahir Rüstəmlinin sözlərinə görə, klub rəhbərliyi bu futbolçuları mütləq cəzalandırmalıdır. Ancaq əlavə edir ki, bu zaman onların klubdan uzaqlaşdırılması nəzərdə tutulmur. «Maaşından tutursan, əvəzedici heyətə göndərirsən və s. O qədər yolları var və effekt də verir».

Ötən həftə «Topaz» Premyer Liqasının dördüncü turu çərçivəsində «Neftçi» «Qəbələ»yə 8-0 hesabı ilə uduzub. Bundan sonra klub rəhbərliyi, oyunçular «biabırçı məğlubiyyət»ə görə sərt tənqid ediliblər. Müşahidə Şurasının sədri Çingiz Abdullayev AzadlıqRadiosu-na müsahibəsində deyib: «Biz buna dözməyəcəyik».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG