Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 18:32

İyunun 17-də axşam saatlarından güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.

AZƏRTAC İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasına istinadən xəbər verir ki, güclü külək və yağış Çəmənli, Qalınçaq kəndinin iki sakinin mal tövləsinin dam örtüyünü dağıdıb. Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damı uçub, ağac bir avtomobilin üzərinə aşıb.

İsmayıllı Rayon Fövqəladə Komissiyası Qoydan kəndində torpaq sürüşməsinin aktivləşdiyini, Tircan və Maçaxı kənd yolunu sel sularının dağıtdığını bildirib:

“66 kənddə elektrik verilməsi kəsilib. Su xəttinə də ciddi ziyan dəyib. 20 kəndə su verilişi dayanıb, rayonun taxıl sahələrinə də ciddi ziyan dəyib”.

Xəbərə görə, güclü külək və leysan yağışları Kürdəmir rayonunda da bir sıra ərazilərdə oxşar fəsadlar törədib:

“Əksər kəndlərdə elektrik enerjisinin verilişi kəsilib, hazırda ayrı-ayrı yaşayış məntəqələri üzrə dəyən zərər dəqiqləşdirilir”, məlumatda vurğulanır

Xəbərdə bildirilir ki, Ağsu rayonunda isə ən çox zərər Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə dəyib:

“İlkin məlumata görə, 70-dən çox evin dam örtüyü dağılıb, güclü külək meyvə ağaclarına da zərər verib. Xeyli ağac kökündən qopub.Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib”, məlumatda yazılıb.

İyunun 18-i səhər saatlarından hər üç rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG