Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:07

Ucar sakini Səudiyyədən qayıdandan 5 gün sonra...


Qəbirstanlıq (arxiv fotosu).

“Qardaşımın ölümünə bais olanlar hələ də azadlıqda, əlləri ciblərində, arxayın gəzib dolaşırlar”.

Ucar rayonu, Qazyan kənd sakini Səfa Məlikov qardaşı Aydın Məlikovun ötən ay baş vermiş ölümündən danışır.

Buna da bax:​ Yol polisinin saxladığı sürücünün öldüyü deyilir

“QARDAŞIMI ORDA QOYUB QAÇIBLAR”

46 yaşlı Aydın Məlikov Səudiyyə Ərəbistanında müqavilə əsasında gəmidə işləyirmiş. Ötən ay müqaviləsinin müddəti bitib və o, Ucardakı evinə qayıdıb. Səfa Məlikovun deməsinə görə, Ərəbistandan qayıdandan 3 gün sonra – fevralın 6-da Aydın Məlikov həyətdəki köhnə “QAZEL”i düzəltdirmək üçün rayon mərkəzinə – usta yanına gedib. Oğuz küçəsində Nəqliyyat Departamentinin bir neçə əməkdaşı yaxınlaşaraq ondan fərqlənmə nişanı tələb ediblər:

“Qardaşım da deyib ki, maşından çoxdandır istifadə etmir, ustaya aparır, əgər düzəlsə, ondan sonra istifadə edib-etməmək barədə düşünəcək və fərqlənmə nişanı alacaq. Əl çəkməyiblər, maşını əlindən almaqla hədələyiblər, mübahisə düşüb, qardaşım huşunu itirib. Onlar da görüblər vəziyyət gərgindir, qardaşımı orda qoyub qaçıblar”.

Buna da bax:​ 'Qızımı maşın vurub, ağır durumdadır, hadisəni törədəni gizlədirlər'

BİR AY KEÇİR

Səfa Məlikovun sözlərinə görə, qardaşı ərazidəki mağazanın işçilərinin köməkliyi ilə xəstəxanaya götürülüb və məlum olub ki, beyninə qan sızıb. Həkimlərin məsləhətiylə onu təcili yardımla Bakıya götürüblər. 2 gün sonra həkimlər müalicənin mənasız olduğunu deyib. Aydın Məlikovu Ucara – evinə qaytararkən yolda keçinib.

Məlikovlar ailəsi Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş verənlər barədə məlumat verib. Səfa Məlikovu narahat edən odur ki, 1 ay ötməsinə baxmayaraq, ölüm faktı hələ də araşdırılmayıb:

“Tələb etdik ki, hadisə yerindəki müşahidə kameralarının yaddaşı yoxlanılsın. Dedilər, kameralar işləmir. Rayonun mərkəzindəki yolları çəkən kameralar niyə işləməsin ki? O kameralar orda görüntü üçündür? Əlbəttə ki, yalan danışırlar, hamısı işləyir. Sadəcə, həqiqəti ört-basdır etmək üçün belə dedilər”.

Buna da bax:​ Adam oğurlayan yol polisinə və qardaşına cəza kəsildi

“VAXTINDA XƏSTƏXANAYA GÖTÜRÜLSƏYDİ...”

Ucar rayon prokurorluğundan AzadlıqRadiosu-na bildirilib ki, Aydın Məlikovun ölüm faktı araşdırılıb. Səfa Məlikovun dediyi xüsusatlar təsdiqini tapmayıb. Prokurorluqdan bildirilib ki, Nəqliyyat Departamentinin əməkdaşları sürücüylə kobudluq etməyiblər, şahidlər də bildirib ki, əməkdaşlar sürücüylə maarifləndirici söhbət aparıblar. Aralarında mübahisə və narazılıq olmayıb. Sürücünün halı pisləşəndə isə Nəqliyyat Departamentinin əməkdaşları orada deyilmiş. Onlar ayrıldıqdan sonra sürücünün halı pisləşib.

Səfa Məlikovsa əl çəkmir. O, düşünür ki, Nəqliyyat Departamentinin işçiləri, ən azı, yerə yıxılmış vətəndaşı orada qoyub getməməliydilər. Deyir, qardaşı vaxtında xəstəxanaya götürülsəydi, həyatını xilas etmək mümkün olardı.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG