Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 18:29

'Qızımı maşın vurub, ağır durumdadır, hadisəni törədəni gizlədirlər'


Təcili yardım.

“Qızımı maşın vurub. Xəstəxanada ağır vəziyyətdədir. Yaşayacaq, ya yox, heç həkimlər də dəqiq bilmir. Məni narahat edən odur ki, hadisəni törədən şəxsi gizlədirlər. Cinayəti başqasının üstünə atmaqla əsl səbəbkarı kənarda saxlayırlar”.

Tovuz sakini Kəmalə Ağayeva deyir, bu il fevralın 9-da Xızı ərazisində yolu keçmək istəyən qızı Şəhla Vəliyevanı maşın vurub. Yaralı xəstəxanaya götürülüb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər anaya Şəhlanın çoxlu qan itirdiyini və bədənində çoxlu sınıqlar olduğunu bildirib. Hazırda da xəstəxanada ağır durumdadır:

Buna da bax:​ Vitse-prezidentə müraciətlər başladı

“QƏZANI BAŞQASININ ADINA SƏNƏDLƏŞDİRİBLƏR”

“Ortaya çıxdı ki, hadisəni törədən sürücü həddindən artıq sərxoş olub. Maşını da sürətlə idarə edib. Nəticədə qızımı vuraraq bu hala salıb. Şəhlanın həyatda qalıb-qalmayacağını heç həkimlər də dəqiq deyə bilmir. Hadisənin şahidlərindən öyrəndik ki, hadisə baş verəndən sonra polislər hadisəni törədən Nahid adlı sürücünü ortadan çıxarıblar, hadisəni Hüseyn adlı bir başqasının adına sənədləşdiriblər”.

İlkin diaqnoza görə, Şəhlanın sınmış çanaq sümüyünün bərpası mümkün olmayacaq. Üstəlik, onun diz qapaqları qırılıb, kəllə-beyin travması alıb. Ana deyir, hadisəni törədənlər Şəhlanı belə vəziyyətdə bir xəstəxanadan başqasına köçürüblər:

Buna da bax: Bir avtoqəzanın müəmması…

“İzi itirmək istəyiblər. Qızımı “Semaşko”dan Travmatologiya İnstitutuna köçürüblər. Həkimlərlə, Xızı rayon polis şöbəsi ilə sövdələşmələr aparılır”.

POLİS TƏKZİB EDİR

Deyilənlər Xızı rayon polis şöbəsindən təkzib olunur. Şöbədən “Qaynar xətt”ə bildirilib ki, Şəhla Vəliyevanın vurulması ilə bağlı istintaq aparılır. “Hadisə baş verən gündən Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, zərərçəkmişin ifadəsi alınıb. İstintaq hərəkətləri davam etdirilir. Deyilənlərsə cəfəngiyatdan başqa bir şey deyil. Xanım niyə belə məlumatlar verir, məqsədi nədir, bizə məlum deyil, biz öz işimizi görürük”, – şöbədən bildirilib.

Buna da bax:​ Yol polisi: ‘Bu sizin uşağınızdır?’

Travmatologiya İnstitutundan bildirilib ki, Şəhla Vəliyeva adlı xəstənin bu tibb ocağına qəbul olunub-olunmadığını araşdırıb məlumat verəcəklər: “Hətta qəbul olunubsa da, yəqin ki, səbəb bədənindəki ağır dərəcəli sınıqlardır. Bir xəstəxanadan digər xəstəxanaya köçürülmədə şübhəli bir şey yoxdur, buna başqa don geydirmək lazım deyil”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG