Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Twitter hökumətlərə və rəsmilərə bağlı hesablara ‘yarlıq’ qoyur


Twitter bildirib ki, “dövlətə bağlı media” hesablarına yarlıq qoyacaq və hökumətlərin apardıqları təsir kampaniyalarını məhdudlaşdırmaq üçün başqa tədbirlər görəcək.

San Fransiskoda mənzillənmiş sosial media nəhəngi bu barədə bəyanatını avqustun 6-da elan edib.

Şirkət bildirib ki, hesablara yeni yarlıqlar qoyacaq və belə hesablardan “gücləndirici rejimdə” istifadə etmək mümkün olmayacaq.

Gücləndirici rejim Twitter hesabından canlı videoklip və reportajların yayınlanmasına imkan verir.

Bəyanatda daha sonra deyilir:

"Müstəqil mediadan fərqli olaraq dövlətlərə bağlı media çox vaxt öz xəbərlərindən siyasi gündəliyin təbliğatı üçün istifadə edir. Biz inanırıq ki, adamların hər hansı media hesabının birbaşa və dolayısı ilə dövlət təmsilçisinə bağlı olduğunu bilmək haqqı var”.

Bundan bir neçə ay əvvəl başqa bir sosial media nəhəngi – Facebook buna bənzər tədbirləri tətbiq edib.

Facebook redaksiya baxımından hökumətlər tərəfindən idarə olunan hesablara yarlıq və ya xəbərdarlıq işarəsi qoyur.

Twitter Rusiyadan başlayır

Bu bəyanat verildikdən az sonra Rusiyanın bir neçə media qurumlarına aid hesablar yarlıqlanıb.

Məsələn əvvəllər Russia Today kimi tanınan və dövlət tərəfindən maliyyələşdirilən RT-nin Twitter hesabına yarlıq qoyulub.

Eyni yarlıq Rusiyanın TASS dövlət xəbər agentliyinin də hesabına əlavə edilib.

Sözü gedən bu iki media qurumunun hesablarından başqa ölkələrdəki seçkilərin təsirləndirilməsi üçün istifadə edildiyindən narahatlıqlar var.

Amma Twitter bunu da əlavə edib ki, dövlət tərəfindən maliyyələşdirilsə də redaksiya müstəqiliyi olan BBC və NPR kimi mediaların hesablarına yarlıq qoyulmayacaq.

Dövlət başçılarının şəxsi hesablarına da yarlıq qoyulması nəzərdə tutulmayıb.

Əvvəlcə beş ölkəyə tətbiq ediləcək

The Independent yazır ki, Twitter-in yeni siyasəti əvvəlcə öz dövlətlərinin səsi sayılan siyasi rəsmilərə tətbiq ediləcək.

Sosial media platforması bunu da bildirib ki, hazırda söhbət yalnız BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Çin, Fransa, Rusiya, Britaniya və ABŞ rəsmilərindən gedir.

Twitter indiyədək siyasətçilərə və siyasi qruplara ən sərt münasibət nümayiş etdirən sosial media platforması olub.

Platforma 2019-cu ildə dövlət tərəfindən dəstəklənən mediaların siyasi reklamlarını qadağan edib.

Twitter hətta ABŞ prezidenti Donald Trump-ın tvitlərinə qarşı tədbir görməkdən də çəkinməyib.

Bəyənatda deyilir ki, hesabına yarlıq qoyulan istənilən fiqur və ya qurum apellyasiya müraciəti edə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG