Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:15

İranın ən gənc naziri Twitter üzərindən qadağanın qalxa biləcəyini deyir


Məhəmməd Cavad Azəri Cəhromi

İranın yeni kommunikasiyalar naziri billirib ki, Twitter sosial platformasının üzərindən qadağanın qaldırılması üçün danışıqlar aparılır. Twitter ondan İranın ruhani liderlərinin belə istifadə etməsinə baxmayaraq bu ölkədə illərdir ki, qadağan edilib.

Mikrobloq platforması 2009-cu ildə Mahmud Əhmədinejadın təkrar prezident seçilməsinə etiraz aksiyalarının ardınca bloklanmışdı.

Məhəmməd Cavad Azəri Cəhromi avqustun 22-də Iran Daily dövlət qəzetinə bildirib ki, Twitter möcvud problemlərin çözülməsi üçün danışıqlar aparmağa hazırdır.

İranın ən gənc naziri olan 36 yaşlı Cəhromi deyib ki, “Twitter bloklanması zəriri olan mənəviyyatsız bir mühit deyildir.”

İslam İnqilabının baş verdiyi 1979-cu il təvəllüdlü nazir İranda internet senzurasının qatı tənqidçisi sayılır.

İranda milyonlarla insanın, onlara xüsusi proqramlar vasitəsilə istifadəçi olmasına baxmayaraqFacebook, YouTube və Twitter platformaları qadağan altında qalır.

İranda internet saytlarının bloklanmasını - prezident Həsən Rohaninin başçılıq, ali rəhbər ayətüllah Əli Xameneyinin isə nəzarət etdiyi İran Ali Kiberfəza Şurası həyata keçirir.

Twitter-in bloklanmasına baxmayaraq, həm Rohani, həm də Xameneyinin bu platformada hesabları var.

Cəhromi qəzetə bildirib ki, ölkə rəsmiləri habelə YouTube üzərindəki qadağanın götürülməsinə çalışırlar. Buna baxmayaraq bu saytda “mənəviyyatsız materialların” senzurası davam etdiriləcək.

Nazir deyib ki, xüsusi pilot layihəsi universitetlərə YouTube-dan istifadəyə imkan verəcək.

Maraqlısı budur ki, başqa rəsmilər kimi özünün Twitter hesabı olan Cəhromi Telegram aplikasiyasına qarşı olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG