Dekabrın 2-də Silk Way Airlines aviaşirkəti Çindən Bakıya Kənd Təsərrüfatı nazirliyinə (KTN) 1,5 milyon ədəd tut tingi gətirib.
Çinin “Shandong Guangtong Silkworm Eggs Co” şirkəti tut tingi tədarükü üzrə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderin qalibi olub.
Buna da bax: Azərbaycan Çindən tut ağacı tingi alır
Tut tingləri fermerlərə pulsuz verilməlidir.
Bu ilin noyabrında prezident İlham Əliyev KTN-ə tut tingi alınmasından ötrü 600 min manat ayırıb.
Şərhlər (1)
Daha çox şərh göstər