Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 10:31

Liderlər Britaniya ilə ‘Brekzit’ razılaşmasının layihəsini təsdiqlədilər


Theresa May və Donald Tusk
Theresa May və Donald Tusk

Avropa Birliyi liderləri noyabrın 25-də Brüssel sammitində Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brekzit) ilə bağlı razılaşmanın layihəsini təsdiqləyiblər.

Bunu Avropa Şurasının rəhbəri Donald Tusk bəyan edib.

Təxminən 1 saat sürən iclasda həmçinin siyasi bəyannamə qəbul edilib.

Amma bu razılaşmanı Britaniya parlamenti də təsdiqləməlidir.

Buna görə də parlamentdəki səsvermə razılaşmanın qüvvəyə minməsini əngəlləyə bilər.

Çünki baş nazir Theresa May-in razılaşmanı keçirmək üçün lazımınca dəstəyi yoxdur.

Hətta onun mühavizəkar partiyasının bir sıra üzvləri də bu məsələdə Theresa May-ə qarşıdırlar.

Onlar razılaşmanın Britaniya üçün sərfəli olmadığını deyirlər.

Theresa May Brüsselə yollanmazdan əvvəl xalqa yazılı müraciət edərək razılaşmanı dəstəkləməyə çağırıb.

585 səhifəlik razılaşma “Brekzit”dən sonra Avropa Birliyi ilə Böyük Britaniya arasındakı münasibətlərin prinsiplərini müəyyən edir.

Razılaşmaya əsasən Britaniya 2019-cu il martin 19-da Avropa Birliyindən çıxmalıdır.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verdilər.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalıdır.

Bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalıdır.

XS
SM
MD
LG