Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 01:49

'Səhiyyə nə gündədirsə, həbsxanalarda da durum eynidir' [video]


Həbsxana həkimlərinə can etibar etməyin axırı
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Həbsxana həkimlərinə can etibar etməyin axırı [A-Live]

Necə olur ki, həbsxanaya düşən ictimai fəallar deyirlər ki, məni müalicə eləmək üçün kənardan həkim gətirin?

Belə bir tələbi sonuncu dəfə səsləndirənlərdən biri, müxalif ReAl hərəkatının sədri İlqar Məmmədovdur.

Yaxınları deyir ki, onda osteoxondroz – fəqərə sütunu problem var, onu gərək xarici həkim müalicə eləsin.

Buna da bax:​ Vəkil: 'İ.Məmmədovu xarici həkimlərin müalicə etməsini istəyirik'

Fuad Ağayev
Fuad Ağayev

Vəkili Fuad Ağayev deyir ki, İlqar Məmmədov həbsxana həkimlərinin obyektivlini, ona siyasi baxışlarına görə ayrı-seçkilik edə biləcəyini dilə gətirmir. Səbəb başqadır:

“İlqar Məmmədov xaricdə müayinə olunub və onun biliyinə etibar etdiyi həkimlər var. Qərbi Avropada səhiyyənin inkişafı Azərbaycanla müqayisəolunmaz dərəcədədir. Ona görə də onun bu istəyində mən təəccüblü heç nə görmürəm”.

Müsavat Partiyasının başqan müavini, keçmiş məhbus Fərəc Kərimli deyir ki, həbsxana həkimləri onunla yaxşı davranıblar, amma yaxşı müalicə etməyiblər:

Buna da bax:​ Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi

Fərəc Kərimli
Fərəc Kərimli

“Xoş üzlə qarşıladılar, amma damağımı zədələdilər, dişim də qırılıb”.

Fərəc Kərimli deyir ki, həbsdə yatmış qardaşı Sirac Kərimli həbsxanada ikən əməliyyat olunub, həbsdən sonra əməliyyatın fəsadları ortaya çıxıb.

Hüquq müdafiəçisi Anar Məmmədli öz Facebook səhifəsində yazır ki, sonuncu əfv fərmanı ilə azadlığa çıxmış siyasi məhbus Əbdül Əbilov həbsxanada olarkən belindəki ağrılara görə müalicə alıb. Amma bunun ona daha çox ziyanı dəyib:

“Əbdül dəfələrlə onun MRT aparatı vasitəsilə müayinə olunmasını tələb etsə də, bu istəyini təmin etməmişdilər. Əksinə həbsxanada qoyulan diaqnoz və aparılan kurs müalicələr yanlış olmuşdu. İnsanı günahsız yerə həbs etməkləri azmış kimi həm də ona dəhşətli ağrılar və yanlış tibbi müalicə ilə əziyyət veriblər”.

Buna da bax:​ Əbdül Əbilov: 'Səhhətimdə problemlər var'- [Video]

Müsavat Partiyası başqanının başqa bir müavini Tofiq Yaqublu deyir ki, türmələrdə heç siyasi məhbus olmayan məhbusların da problemi olur. Bəzən ağrıkəsici də tapılmır:

Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müavini
Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müavini

“Gözümlə görmüşəm, insanlar qıvrıla-qıvrıla qalırlar ta səhərəcən. Ağrıkəsiciləri də hər deyəndə tapılmır. Deyirlər o dərman yoxdur, bu dərman yoxdur, gərək evdən gətirsinlər. Yəni, Azərbaycan səhiyyəsi nə gündədirsə, cəzaçəkmə müəssisələrində də durum eynidir”.

Keçmiş məhbus, hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, türmələrdə həkim çatışmır. Hüquq müdafiəçisinin sözlərində görə, onun olduğu 6 saylı cəzaçəkmə müəssisəsində 1400-ə qədər məhbus var idisə, tibbi personalın sayı dörd nəfər idi. İntiqam Əliyev deyir ki, məhbusların tibb müəssisəsinə köçürülməsi qaydaları da sərtdir, hər xəstəni ora köçürmürlər:

Buna da bax:​ Vəkil: 'Mehman Hüseynov əməliyyat olunmalıdır'

İntiqam Əliyev
İntiqam Əliyev

“Bəzi xəstəliklər var ki, onların müalicəsi uzun zaman tələb edir. Tibb müəssisəsində mütəmadi müalicə almalısan, həkim nəzarəti altında olmalısan. Həbsxanaların daxilindəki tibb müəssisələrinə düşmək çətindir, siyasi məhbusların isə tibb müəssisəsinə düşməsi daha çətindir”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə deyir ki, xidmət üçün məhbusun həbsxanaya düşənə qədər hansı fəaliyyətlə məşğul olması fərq etmir, bütün məhbuslarla bərabər davranılır. O, xidmətin aşağı səviyyədə olması barədə deyilənləri də qəbul etmir:

Buna da bax:​ Qəzetlər həbsxanalardakı vəziyyətdən həyəcan dolu yazılar verir

Mehman Sadıqov
Mehman Sadıqov

"Bütün cəzaçəkmə müəssisələrindəki və istintaq təcridxanalarındakı tibb-sanitariya hissələrində əsaslı yenidənqurma işləri görülüb. Onlar həm gözəl ixtisaslı həkimlərlə və yüksək səviyyəli tibbi avadanlıqla təchiz olunub".

Keçən ilin sentyabrında Blumberg agentliyi 55 ölkənin səhiyyə durumunun reytinqini açıqlamışdı. Azərbaycan aşağıdan 3-cü yerdə idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG