Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:03

Vəkil: 'Mehman Hüseynov əməliyyat olunmalıdır'


Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov 2 il həbs cəzası aldı

«Həbsdəki bloqqer Mehman Hüseynovun əhval-ruhiyyəsi yaxşıdır».

Bunu AzadlıqRadiosuna bu gün, martın 10-da Şüvəlandakı 3 Saylı Təcridxanada Mehman Hüseynovla görüşən vəkili Elçin Sadıqov deyib.

Ancaq vəkilin deməsinə görə, bloqqerin səhhətində ciddi problemlər var. E.Sadıqov qeyd edib ki, öncə bloqqerin səhhətində mövcud olan bəzi problemlər həbsxana şəraitində özünü daha qabarıq göstərir: «Mehman Hüseynovun venoz damarında hələ bundan əvvəllər də problem vardı. İndi səhhətində ağrılar var. Həbsxana şəraitində onun səhhəti daha artıq diqqət tələb edir. Hesab edirəm ki, bloqqerin əməliyyat olunmasına ehtiyac var».

E.Sadıqov bununla bağlı Penitensiar Xidmətə müraciət edəcəyini bildirib.

Vəkil deyir ki, əzizlərinin M.Hüseynova göndərdiyi kitabların təcridxanaya çatdırılmasında da problem yaranıb.

Buna da bax-HRW: 'Bloqqerin həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir'

Vəkilin bildirdiyinə görə, M.Hüseynovun əsas narahatçılığı isə ailəsi ilə bağlıdır: «Onun ailəsi ilə telefonla əlaqə saxlamasına və görüşməsinə hələ də imkan yaradılmayıb. Öncə də bildirdiyim kimi, bu məhbusların hüquqları ilə bağlı qanunvericiliyin kobud pozuntusudur».

Vəkilin bloqqerin ailəsi ilə görüşünə icazə verilmədiyi ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Dəfələrlə cəhd göstərsək də, xidmətdən bunun səbəbinə aydınlıq gətirilməyib.

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG