Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:30

Türkmənistanda tələbə qızın hörüyü olmalıdır


Türkmənistan qızları ölkə bayrağıyla
Türkmənistan qızları ölkə bayrağıyla

Tələbələr ali məktəb qadağalarından dad edir

Türkmənistandakı Aşqabad Kənd Təsərrüfatı Universitetinin və Türkmənabad Pedaqoji İnstitutunun tələbələri-ndən uniformalarını yenə dəyişmək tələb olunur. İndi qızlar qara pencək əvəzinə yun parçadan qırmızı xalat geyinməlidirlər. Tələbələri də narazı salan formanın özü yox, onların tez-tez dəyişməsidir.

Məsələ ondadır ki, 7 il öncə ölkədəki ali təhsil ocaqlarına qız tələbələrin geyim forması barədə xüsusi göstəriş verilmişdi. Qızlar qışda qara pencək, yaz-payız mövsümündə isə qırmızı xalat geyinməliydi.

Tələbələr deyirlər ki, ali təhsil ocaqlarının rəhbərləri son dəyişikliyi soyuq havada keçirilən tədbirlərdə gənclərin soyuqlamasını əngəlləmək tədbiri kimi yozurlar.

Türkmənistan pulu, 10000 manat , 2005
Türkmənistan pulu, 10000 manat , 2005

Tələbə təqaüdünün çox hissəsi formaya gedir

Türkmənistanda orta məktəblərdə olduğu kimi, ali məktəb tələbələrinin də vahid forması var. Oğlanlardan ağ köynək, qara kostyum, qara ayaqqabı, qara qalstuk və araqçın geyinmək tələb olunur. Qızların işi lap çətindir. Çünki formaları vaxtaşırı dəyişir.

Bəzi qız tələbələr təqaüdün çox hissəsinin paltara getdiyini, ali məktəblərin tələblərindən cana gəldiklərini bildirirlər.

“Tədbirlərdə başqa forma geyinməlisən. Hər qrupun öz forması var. Məsələn, qırmızı don, üstündən qırmızı xalat və qara tufli. Məxmərdən bir don tikdirmək, azı, 200 manata başa gəlir. Bir o qədər də xalat tutur”.

Təhlükəsizliyi üçün şərti olaraq Nazlı adlandırılan 3-cü kurs tələbəsi belə deyir. Onun sözlərinə görə, bu paltarların parçasını ali məktəb rəhbərliyi sifariş edir. Özü dəbir qayda olaraq, bazardakından iki dəfə baha olur.

Mahdumkulu Dövlət Universitetinin tələbələri,10 mart 2010
Mahdumkulu Dövlət Universitetinin tələbələri,10 mart 2010

“Parçanı bazardan alıb özümüz tikdirəndə xeyli ucuz başa gəlir. Ancaq onda da deyirlər ki, bu formada universitetə gəlmək olmaz. Burda oxumaq istəyirsənsə, formanı da burdan almalısan. Biz də məcbur qalıb, iki dəfə artıq xərc çəkməli oluruq”, – deyir Nazlı.

Türkmənabad Pedaqoji İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, tələbə təqaüdü ilə ayı-aya calamaq çox çətindir. Bu puldan Həmkarlar ittifaqına üzvlük və şəhərin abadlaşdırılması xərcləri, Qızıl Aypara Cəmiyyətinə ianə çıxılır. Bundan başqa, qəzet və jurnallara məcburi abunə yazılışı aparılır.

Tələblər, öhdəliklər, qadağalar...

Ali təhsil ocaqlarının tələbələrə dair qeyri-rəsmi tələblərin sayı onlarladır. Misal üçün, hər tələbə boynundan üzərində adı və soyadı, həmçinin fakültənin adı yazılmış etiketi asmalıdır.

Oğlanlar dərsə üzü tüklü gələ bilməzlər. Saçlarını isə qısa kəsdirməlidirlər. Qızlar dərsə dikdaban ayaqqabı geyinə bilməzlər. Saçları uzun olmalı, ortadan düz ayrılmalı və iki cərgədə hörülməlidir. Bu tələbə görə bir çox qız tələbə süni saç hörükləri almalı olur.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov
Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov

Bundan əlavə, tələbələr qızıl-zinət əşyaları taxmamalı, kosmetika vurmamalıdırlar. Dırnaqları uzatmaq, yaxud adi talisman və ya muncuq taxmaq belə yasaqdır.

Hər bir tələbə dərs vəsaitləri və ləvazimatlarını mütləq qara rəngdə portfelə yığmalıdır.

Rəsmi bilgiyə görə, Türkmənistanda 2016-cı ildə 7 min 256 abituriyent ali məktəbə qəbul olunub. Tələbələrin ümumi sayı barədə isə etibarlı rəsmi bilgi yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG