Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:26

Berdymukhammedov 3-cü dəfə prezident oldu


Türkmənistanda prezident seçkiləridir
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Türkmənistanda prezident seçkiləridir

Gurbanguly Berdymukhammedov 3-cü dəfə Türkmənistanın prezidenti vəzifəsinə seçildi. Türkmənistan Mərkəzi Seçki Komissiyası onun səslərin 97.69%-ni topladığını xəbər verib.

Türkmənistanda prezident seçkisi dünən – fevralın 12-də keçirilib. Ölkə tarixində ilk dəfə olaraq seçkidə müxtəlif partiyaların təmsilçiləri – bir o qədər tanınmayan 9 namizəd iştirak edib. Namizədlər arasında regional idarələrin başçıları, deputatlar, iş adamları da olub. Berdymukhammedov keçən il 2017-ci il seçkilərində alternativlərin də olacağını vəd etmişdi. Amma müşahidəçilər bu alternativlərin formal xarakter daşıdığını, G.Berdymukhammedov-un vəzifəsində qalacağını öncədən deyirdilər.

Prezident DJ-lik edir: Aclıq olsun, kef olsun
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

DAHA 7 İL HAKİMİYYƏTDƏ

AzadlıqRadiosunun türkmən xidmətinin verdiyi məlumata görə, seçkidən 2 gün öncə – fevralın 10-da Aşqabad məktəblilərinə seçki bülletenlərini G.Berdymukhammedov-un xeyrinə doldurmaq göstərişi verilib. Radionun məntəqələrdəki müxbirləri səsverməyə gələnlərin az olduğunu deyiblər. Rəsmi məlumatda isə səsvermənin başladığı 6 saat ərzində seçicilərin 74%-nin prosesə qatıldığı bildirilir.

Türkmənistan avtoritar rejim kimi tanınır. Mətbuat hökumətin nəzarəti altındadır. Həmişəki kimi, bu seçkilərdə də nəinki müxalifətçilər, heç formal xarakter daşıyan digər namizədlərin seçki kampaniyası haqda da ətraflı bilgi verilməyib.

Beləliklə, 59 yaşlı G.Berdymukhammedov daha 7 il hakimiyyətdə qalacaq.

Türkmənistanda Sovet İttifaqının süqutundan – 1991-ci ildən bəri hələ heç bir səsvermə azad və ədalətli seçki kimi qiymətləndirilməyib. «Son 25 ildə bütün seçkilər saxtalaşdırılıb, ölkədə real müxalifət, müstəqil mətbuat yoxdur. Cəmiyyət basqı altında qalıb». Bunu ABŞ-dakı Almaniya Marşall Fondunun Avrasiya üzrə eksperti Michal Romanowski deyib.

G.Berdymukhammedov-un 21 metrlik heykəli.
G.Berdymukhammedov-un 21 metrlik heykəli.

İSLAHATLAR APARSA DA, DURUM DƏYİŞMƏYİB

Əvvəllər diş həkimi olmuş G.Berdymukhammedov 2006-cı ildən – avtoritar lider Saparmurat Niyazov-un ölümündən sonra hakimiyyətə gəlib. Rəsmi məlumata görə, 2006-cı il seçkilərində o, səslərin 89%-ni, 2012-ci ildə isə 97%-ni toplayaraq qalib gəlib.

Prezidentliyinin ilk illərində ölkədə bəzi islahatlar aparıb, orta məktəb proqramına xarici dillərin tədrisini əlavə edib, S.Niyazov-un kəndlərdə bağlatdırdığı xəstəxanaları açdırıb. Amma ümumi durum dəyişməyib. Neftin dəyərdən düşməsi ölkədə iqtisadi böhran yaratsa da, müxalifət ortaya çıxa bilmir. Müxaliffikirli şəxslər Türkmənistanda indi də ya həbsxanaya, ya da psixiatrik xəstələr üçün nəzərdə tutulmuş mərkəzlərə salınır.

S.Niyazov özünü «Türkmənbaşı» (türkmənlərin atası) adlandırırdı, G.Berdymukhammedov isə özünə «Arxadağ» (qoruyucu, müdafiəçi) təxəllüsünü götürüb. O da S.Niyazov kimi, özünə çox qiymətli heykəl qoydurub. Aşqabadda G.Berdymukhammedov-un qızıla bürünmüş mərmərdən 21 metrlik heykəli ucalır. Prezident at üstündə, əlində göyərçin təsvir olunub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG