Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:23

Türkmənlər prezidentin anasının mədhinə başlayıblar


Ogulabat Eje
Ogulabat Eje

Türkmənistanda Beynəlxalq Qadınlar gününü prezident Gurbanguly Berdymuhamedov-un anasını tərifləməklə qeyd ediblər. Bu yaxınlarda üçüncü müddətə seçilmiş prezidentin anası Ogulabat Eje-ni «Qəhrəman doğmuş ana» adlandırıblar.

Müşahidəçilər bunu prezidentin anasının şəxsiyyətinə pərəstiş kimi qiymətləndirirlər.

Seçki kampaniyası zamanı prezident Berdymuhamedov Axal vilayətində seçicilərlə görüşlərinin birində Beynəlxalq Qadınlar günündə özünün yeni mahnılarını ifa edəcəyinə söz vermişdi. O, həmin mahnıları bayram münasibətilə türkmən qadınlarından ötrü hazırladığını demişdi.

«RUHNAMƏ OTAQLARI»NIN ADLARI DƏYİŞDİRİLİB

Görünür, Berdymuhamedov-un estrada səhnəsindəki həmkarları bundan ilhama gələrək 8 Mart bayramına layiqli hədiyyə – «Dünyaya Arxadağı bəxş etmiş ana» mahnısını hazırlayıblar. «Arxadağ» «hami», «arxa» deməkdir və Gurbanguly Berdymuhamedov-un titullarından biridir.

Bu vaxta qədər rəsmi KİV-lərdə yalnız prezidentin özünü, atası Malikguly Berdymuhamedov-u və babası Berdymuhamed Annayev-i mədh edirdilər. Onların adları küçə və yaşayış məntəqələrinə verilməklə əbədiləşdirilir və onlara abidələr qoyulur.

Prezidentə yarınma mənzərələri
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Bu yaxınlarda bəlli olub ki, keçmiş «Ruhnamə otaqları»nın adları dəyişdirilərək «Məlikqulı otaqları» qoyulub. «Ruhnamə» Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov-un yazdığı kitabdır və türkmənlərin mənəvi konstitusiyası kimi təqdim edilir. Bundan sonra «Ruhnamə»nin şərəfinə yaradılmış otaqlarda Arxadağın atasının həyat yolu öyrəniləcək.

ADƏTƏN, NƏVƏSİ YANINDA OLUR

Bundan başqa, prezidentin ailə üzvlərindən yalnız onun oğlu Serdar-ın siyasi karyerasında irəliləyiş müşahidə olunur. Dəqiq yaşı açıqlanmayan Serdar Berdymuhamedov 2016-cı ilin noyabrında keçirilmiş aralıq seçkilərdə parlamentin deputatı seçiləndən əvvəl müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb.

Fevralın 12-də, prezident seçkiləri günü prezident Berdymuhamedov ictimaiyyətin qarşısına çoxsaylı ailə üzvləri ilə birlikdə çıxdı. Ancaq çox zaman o, ictimaiyyət arasına yalnız nəvəsi Kerimguly ilə çıxır. Məsələn, Türkmənistan prezidenti öz mahnılarını ifa edəndə nəvəsi yanında olur.

2015-ci ildə prezident Berdymuhamedov anasının xəstəliyi xəbərini eşidib Türkiyəyə səfərini yarımçıq qoyaraq tələsik vətənə dönmüşdü. Bununla o, anasına sevgisini və bağlılığını göstərmişdi. Ancaq indiyədək rəsmi KİV Ogulabat Eje-nin adını nadir hallarda çəkib. Prezidentin atası Malikguly Berdymuhamedov-un mədhi fonunda isə bu, özəlliklə aydın görünürdü.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

YENİ KULT

Bu, həm də hazırkı prezidenti mərhum Saparmurad Niyazov-dan fərqləndirən cəhət idi. Türkmənbaşının anası Gurbansoltan Eje-nin adı rayonlara, kəndlərə verilmişdisə, ona abidələr qoyulmuşdusa, adına ordenlər təsis edilmişdisə, Ogulabat Eje haqqında, demək olar, heç nə bəlli deyildi. Heç Berdymuhamedov-un həyat yoldaşı barədə də heç bir şey bəlli deyil.

Yerli şərhçilər güman edirlər ki, indi durumu düzəldərək Berdymuhamedov-lar nəslinin qadın hissəsini də cəmiyyət arasına çıxarmaq qərara alınıb. Onların fikrincə, son illər ərzində Türkmənistanın birinci prezidentinin anası Gurbansoltan Eje-nin kultu xeyli zəiflədildiyindən indi bu yeri doldurmağa tələbat yaranıb.

Aşqabaddan olan 50 yaşlı müəllim deyir ki, «Sən dünyaya Arxadağı vermiş anasan» motivli mahnı, görünür, bu yeni kultun, Ogulabat Eje kultunun yaradılması yönündə ilk addımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG