Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:11

Ticarət mərkəzində endirim, basabas, dava-dalaş olub


Dekabrın 9-da Türkmənistanda Aşqabadın ticarət mərkəzlərindən birində basabasın ardınca satıcılar və alıcılar arasında böyük dava-dalaş olub.

Yimpaş ticarət mərkəzində geyimlərə 50 fazilik endirim elan edilmişdi.

Dava-dalaş başlanan kimi ticarət mərkəzinə polis qüvvələri gətirilib, buna baxmayaraq ucuz pal-paltar almaq istəyən kütlə az qala gecəyarısınadək ticarıət mərkəzini tərk etməyib.

Ertəsi gün ticarət mərkəzinə gələn alıcılar artıq geyim şöbəsinin işləmədiyi və bütün malların satılıb qurtardığı barədə elanla rastlaşıblar.

AzadlıqRadiosunun Türkmən xidmətinin verdiyi məlumata görə 1998-ci ildən fəaliyyət göstərən Yimpaş Türkiyə ticarət mərkəzinin sökülməsi gözlənilir. Burada 2017-ci il Asiya Oyunlarına hazırlıqla əlaqədar abadlıq işlərinin aparılacağı xəbər verilib.

Lakin bəzi media qurumları türk ticarət mərkəzinin bağlanmasının Fethullah Gülenlə bağlı bizneslərin sıxışdırılması ilə əlaqəli ola biləcəyini yazırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG