Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Türkmənistan prezidenti sammitə oğlunu göndərdi


Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidentinin oğlu, deputat Serdar Berdimukhamedov. Astana, 15 mart
Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidentinin oğlu, deputat Serdar Berdimukhamedov. Astana, 15 mart

Rəsmi qəzetlər Sərdar Berdımuxammedov haqqında "Xalqın oğlu" ifadəsini işlətməyə başlayıblar

Türkmənistan prezidentinin oğlu Sərdar Berdımuxammedov Orta Asiya dövlət başçılarının sammitinə qatılıb.

Azadlıq Radiosunun Türkmənistan xidməti xəbər verir ki, Türkmənistan parlamentinin deputatı olan 36 yaşlı Sərdarı Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qəbul edib.

Rəsmi olaraq sammitdə Türkmənistanı parlamentin sədri Akca Nurberdıyeva təmsil edirdi.

Nazarbayev S.Berdımuxammedovla görüşdə "iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini" vurğulayıb. S.Berdımuxammedov isə atası Qurbanqulunun məktubunu Qazaxıstan prezidentinə təqdim edib.

Bu haqda Qazaxıstan tərəfi məlumat yayıb. Türkmənistanın özündə isə rəsmi media bu görüşü işıqlandırmayb.

Sərdar Berdımuxammedov parlamentin qanunvericilik və normalar komitəsinin sədridir.

Son vaxtlar rəsmi media onun haqqında yazarkən "Xalqın oğlu" ifadəsini işlətməyə başlayıb.

Buna da bax: Prezidentə yarınma mənzərələri

Prezidentə yarınma mənzərələri
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Martın 25-də Türkmənistanda növbəti parlament seçkiləridi. S.Berdımuxammedov də namizədliyini yenidən irəli sürüb.

Son vaxtlar Türkmənistan prezidenti öz oğlunu dövlət tədbirlərinə daha çox dəvət edir və bəzi müşahidəçilər bunu əsas götürərək Sərdar Berdımuxammedovun varisliyə hazırlanması haqda danışmağa başlayıblar.

Ötən il Sərdar Berdımuxammedov bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada səfərdə olub, yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.

Maraqlıdı ki, Qazaxıstan prezidenti Astanadakı sammit çərçivəsində Türkmənistan nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Akca Nurberdıyevanı yox, prezidentin deputat oğlunu qəbul edib.

Görüş təkbətək keçirilib.

Buna da bax: Prezident nazirlərə güllə atmağını göstərir

Prezident nazirlərə güllə atmağını göstərir
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG