Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

BMT AzadlıqRadiosu müxbirinin ölümündə hökuməti məsul bilir


Ogulsapar Muradova 2004-cü ildə oğlunun toy məclisində (Arxiv)
Ogulsapar Muradova 2004-cü ildə oğlunun toy məclisində (Arxiv)

AzadlıqRadiosunun prezidenti Thomas Kent deyib ki, BMT-nin radionun ştatdankənar müxbirinin 12 il əvvəl Türkmənistanda həbsdə ikən ölməsinə görə rəsmi Aşqabadı məsul bilməsi, hökumətin AzadlqıRadiosunun müxbirlərinə qarşı təqiblərinin davam etdiyi bir vaxtda xüsusi əhəmiyyət daşıyır.

Cənab Kent deyib ki, əslində BMT İnsan Haqları Şurasının gəldiyi bu nəticəni insan haqları qrupları çoxdan səsləndirir, Ogulsapar Muradovanın ölümünün Türkmənistan hakimiyyətinin siyasi motivli cinayəti olduğunu bildirirdilər:

“Lakin təqiblər davam edir. 12 il sonra, indinin özündə bizim, Soltan Achilova, Saparmamed Nepeskuliev, Rovshen Yazmuhamedov və Khudayberdy Allashov da daxil hazırkı və keçmiş türkmən həmkarlarımız hökumət və onun xəfiyyələri tərəfindən təqib olunur və peşələrinə görə məhbus edilmək riski ilə üzləşirlər. Bu hal pislənməli və dayanmalıdır”.

Muradova müstəqil Türkmənistan Helsinki Fondunun həmtəsisçisi idi və keçmiş prezident Saparmurat Niyazovun rejimi tərəfindən məhbəsə atılmış yüzlərlə dissident barədə məlumat vermişdi.

O 2006-cı ildə həbs edilmiş və həmin ilin avqustunda Aşqabadda bağlı qapılar arxasında mühakimə olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ogulsapar Muradova bundan bir ay sonra həbsdəykən dünyasını dəyişib.

BMT-nin İnsan Haqları Şurasına şikayət Açıq Cəmiyyət təşkilatının Ədalət Təşəbbüsü (Open Society Justice Initiative) hüquqşünasları tərəfindən və Muradovanın qardaşı Annadurdy Khadzhiyev-in adından verilmişdi. Khadzhiyev-in özü də həmin vaxt həbs edilib və yalnız 2013-cü ildə azadlığa çıxıb.

Keçmiş prezident Saparmurat Niyazovun qızıl heykəli
Keçmiş prezident Saparmurat Niyazovun qızıl heykəli

Şikayətdə iddia edilir ki, Türkmənistan hökuməti jurnalistin fəaliyyətinə görə ona divan tutub və o işgəncələr nəticəsində ölüb. Bu isə Türkmənistan hökumətinin Siyasi və Vətəndaş Haqları üzrə Beynəlxalq Konvensiya üzrə öhdəliklərini pozması kimi qiymətləndirilməlidir.

Bu il mayın 24-də şikayətə cavabında BMT agentliyi qərara gəldiyini bildirib ki, Muradova “özünün jurnalist fəaliyyətinə və insan haqları uğrunda işinə görə saxlanıb və həbs edilib”.

BMT İnsan Haqları Şurasının məktubunda hökumətin əməli pislənir və onun diqqəti həbs olunanların “həyatnın qorunması üzrə öhdəliyinə” cəlb edilir və hakimiyyət jurnalistin ölüm səbəbinin lazımınca araşdırılmamasında ittiham olunur.

Şura bildirir ki, Türkmənistan hökuməti bu hadisəyə dair tərəfsiz araşdırma aparmalı, mərhumun ailəsinə kompensasiya ödəməli və Muradovanın adına bəraət verməlidir.

AzadlıqRadiosu ilə bağlı jurnalistlər və onların ailə üzvləri Türkmənistanda onilliklər ərzində qısnama, zorakılıq və məhbusluğa məruz qoyulublar.

Türkmənistan Freedom House təşkilatının 2017-ci il hesabatında mətbuat azadlığına görə Şimali Koreya ilə reytinq qonşusudur.

2014-2015-ci illərdə AzadlıqRadiosunun Türkmən xidməti hökumət tərəfindən aparılan təhdid kampaniyası nəticəsində öz jurnalist şəbəkəsinin yarısını itirib.

Türkmənistanda bu təqiblər 2018-ci ildə də davam edir. AzadlıqRadiosunun veteran müxbiri Soltan Achilova son 15 ayda azı 8 dəfə fiziki zorakılığa məruz qalıb.

Türkməncə Azatlık Radiosu adlanan türkmən xidməti 65 ildir ki, media monopoliyası olan ölkənin vətəndaşlarına dəqiq və senzurasız xəbərlər çatdırır.

2018-ci ildə Türkmən xidmətinin saytına 1, 2 milyon baxış olub və onun YouTube səhifəsinə hər ay 1 milyon dəfə baxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG