Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:23

Un alandan qaza, işığa görə borcu olmaması haqda arayış istənir


Türkmənistanda dükan. İllüstrasiya
Türkmənistanda dükan. İllüstrasiya

Türkmənistanda dükandan un almaq istəyənlərdən qaz və işığa görə borcu olmamasına dair arayış tələb edilir.

Azadlıq Radiosunun türkmən xidməti Daşoğuz vilayətindəki mənbələrinə istinadla yazır ki, dövlətin nəzarətində olan bəzi dükanlarda yerli sakinlərdən evlərində sayğac olduğunu tsdiqləyən sənəd də istəyirlər.

Bunlar olmasa, həmin şəxslərə un satılmır.

İki aydır ki, Türkmənistanın bəzi rayonlarında un qıtlığı müşahidə edilir. Unun qiyməti qalxır.

Dövlətin nəzarətində olan dükanlarda un nisbətən ucuz satılır.

Un qıtlığına görə insanlar həm də mümkün qədər çox un alıb anbara yığmağa çalışırlar.

Bundan başqa hökumət Daşoğuzun bəzi rayonlarında evlərdə yoxlamalar aparıb.

Buna da bax: Türkmənistanda prezident oğlunun 'Miras'ı var

Hökumət sakinlərə xəbərdarlıq edib ki, evində un satanlar məsuliyyətə cəlb ediləcək.

Hazırda Daşoğuzda insanların un qıtlığına görə icra hakimiyyətlərinin binası önünə yığışıb yerli məmurlara narazılıqlarını bildirməsi halları artır.

Polis kütləvi etirazların baş verməməsi üçün yerli əhali arasında iş aparır, bu işə ağsaqqalları, din xadimlərini cəlb edir.

Dükanlar qarşısında növbə yaranmasın deyə polis müştərilərin nömrəsini alır, dükana un gələn kimi birinci onlara xəbər edəcəyini söz verir.

Son illərdə neftin qiyməti ucuzlaşdığı üçün Türkmənistanda maliyyə böhranı yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG