Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:33

Türkmənistanda prezident oğlunun 'Miras'ı var


Prezident Gurbanguly Berdymukhammedov oğlu Serdar (solda) və nəvəsi Kerimguly ilə.
Prezident Gurbanguly Berdymukhammedov oğlu Serdar (solda) və nəvəsi Kerimguly ilə.

Son ilyarımda Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-un oğlu Serdar-ın fəallığı gözəçarpan dərəcədə artıb. Dövlət mediası da onun şəxsiyyətinə böyük diqqət ayırır.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov oğlu Serdar-la birlikdə Aşqabad yaxınlığındakı Axaltəkə at kompleksinə baş çəkib.

Fevralın 4-də ölkənin rəsmi mediası xəbər verib ki, axaltəkəliləri ziyarət edən Türkmənistan prezidenti Qucurlı (Güclü) adlı köhlən atın üzərində, oğlu isə Miras adlı atla gəzintiyə çıxıblar.

«Prezident Gurbanguly Berdymukhammedov Mirasın belindəki oğlu Serdar-la kütləvi bədən tərbiyəsi və sağlamlaşdırma hərəkatının, eləcə də idmanın inkişafına dair fikir mübadiləsi aparıblar», - dövlət informasiya agentliyinin məlumatında belə deyilir.

«Miras»la qalib gəlib

Ötən ilin aprelində Türkmənistan prezidenti Miras adlı atla yarışa qatılaraq qalib olub. Rəsmi mətbuat yazır ki, o bundan sonra layiq görüldüyü baş mükafatı atçıların ehtiyaclarını ödəməsi üçün onlara hədiyyə edib.

Daha öncə bildirilirdi ki, ləqəbi Miras olan tünd qonur rəngli atı prezidentin nəvəsi, böyük qızı Guljahan-ın oğlu Kerimguly Berdymukhammedov böyüdərək, yarışa hazırlayıb.

Türkmənistan prezidenti Berdymukhammedov üçün at gəzintiləri vaxtaşırı məşğuliyyətdir. Bu gəzintilərdə bəzən ailə üzvləri də onu müşayiət edirlər. 2017-ci ilin yazında Gurbanguly Berdymukhammedov oğlu Serdar və nəvəsi Kerimguly ilə birlikdə velosiped və at gəzintisinə də çıxıb.

Serdar Berdymukhammedov
Serdar Berdymukhammedov

Son ilyarımda Serdar Berdymukhammedov-un ictimai-siyasi fəallığı gözəçarpan dərəcədə artıb. Dövlət mətbuatı da ona daha çox diqqət ayırmağa başlayıb. Bununla yanaşı, onun atasının siyasi davamçısı roluna hazırlandığına dair söz-söhbət də artmaqdadır.

Türkmənistan prezidentinin oğlu Serdar-ın siyasi karyerası haqda ilk məlumatlar 2016-cı ilin yayında gündəmə gəlib. Həmin ilin iyulunda müstəqil informasiya mənbələri onun Xarici İşlər Nazirliyi strukturunda vəzifəyə təyin edildiyini bildirdilər. Eyni ildə o, Türkmənistan parlamentinin deputatı olub, az sonra - 2017-ci ilin mart ayında isə parlamentin qanunvericilik və normalar komitəsinin sədri seçilib.

Öncə məlumat yox idi

Serdar Berdymukhammedov-un daha öncə bir neçə nazirlik və agentlikdə çalışdığı bildirilir.

Daha öncə prezident Berdymukhammedov-un oğlu barədə hər hansı bilgi yox idi.

Mövcud məlumatlara görə, Moskva Diplomatik Akademiyasının məzunu olan Serdar Berdymukhammedov 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edib, 2015-ci ildə isə texnika elmləri doktoru adını alıb.

Serdar Berdymukhammedov
Serdar Berdymukhammedov

Serdar Berdymukhammedov daha əvvəllər Xarici İşlər Nazirliyində özəlliklə ondan ötrü yaradılmış xarici KİV-lərlə əlaqələr departamentinin rəhbəri, eləcə də Alxal vilayəti prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Atası ötən ilin mayında Serdar-ı «Rusiya - islam dünyası: KazanSummit-2017» IX beynəlxalq iqtisadi forumuna qatılmaq üçün Kazana göndərib. Dövlət mediası onun bu səfərini geniş işıqlandırıb.

Prezident oğlu babasının adını daşıyan mükafata da layiq görülüb

2017-ci ilin oktyabrında Gurbanguly Berdymukhammedov Serdar-ı babası (prezidentin atası) Malikguly Berdymukhammedov adına medalla təltif edib. Ölkənin müstəqillik günündə isə ona podpolkovnik (polkovnik-leytenant – red.) rütbəsi verib. Düzdür, Serdar Berdymukhammedov-un orduda bir gün də xidmət etmədiyi bildirilir.

Berdymukhammedov bununla da kifayətlənməyib, ötən il oğlu Serdar-ı «Türkmənistanın əməkdar məşqçisi» adına layiq görüb. Bu zaman onun ölkədə idmanın inkişafına, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə və Asiya oyunlarının uğurla keçirilməsinə verdiyi töhfə ayrıca vurğulanıb.

Bəzi müşahidəçilərin fikrincə, Berdymukhammedov ətrafındakılara inanmadığından oğlunu tələsik bir vəzifədən o birinə keçirir, günü-gündən daha yüksək vəzifələrə təyin edir.

2006-cı ilin dekabrında Saparmurat Niyazov-un ölümündən sonra hakimiyyətə gələn prezident Gurbanguly Berdymukhammedov-un bir oğlu, üç qızı və dörd nəvəsi var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG