Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:33

Türkiyədən gələn avtobus Şəmkirdə aşıb


arxiv foto

Bu gün, sentyabrın 7-də səhər saatlarında Türkiyədən gələn avtobus Şəkmir rayonunda qəzaya düşüb

Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşduğu bildirilir.
Səhiyyə Nazriliyinin qəza ilə bağlı yaydığı məlumatda bunlar bildirilir. “Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəsətəxanasına (MRX) çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada onlardan 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir”, nazirliyin yaydığı məlumatda vurğulanıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayı ərizində ötən ilin eyni dövrü ilə müqayisədə ölkə baş verən qəzalar və həmin qəzalarda ölüm halları artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG