Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

Aeroportdakı bu 'qaçan sətir' Türkiyəni qəzəbləndirib


Vyana aeroportundakı qaçan sətir reklamında yerləşdirilmiş cümlə: «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verilir» (http://scmp.com)
Vyana aeroportundakı qaçan sətir reklamında yerləşdirilmiş cümlə: «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verilir» (http://scmp.com)

Ötən ay Türkiyə Konstitusiya Məhkəməsi yaşı 15-dən az olanlara qarşı istənilən seksual hərəkəti «seksual sui-istifadə» sayan maddənin cinayət məcəlləsindən çıxarılmasına səs verib.

Türkiyə Avstriyanın Ankaradakı müvəqqəti işlər vəkilini xarici işlər nazirliyinə çağırıb. Səbəb Vyana aeroportunda Türkiyə barədə qaçan sətir reklamında yerləşdirilmiş bir cümlədir. «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verilir», elektron tablodakı bu cümlə sosial mediada yayılandan sonra yığışdırıldı. Amma Ankara Vyananın yaxasından tezliklə əl çəkənə oxşamır, bu «nalayiq hərəkətin» hesabını sorur. Məlumatı «Reuters» agentliyi yayıb.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

FƏALLAR QƏRARA QARŞI

Ötən ay Türkiyə Konstitusiya Məhkəməsi cinayət məcəlləsindən, yaşı 15-dən az olanlara qarşı istənilən seksual hərəkəti «seksual sui-istifadə» sayan maddənin çıxarılmasını dəstəkləyib. Məhkəmənin qərarı gələn ilin yanvarından qüvvəyə minir. Bu qərar sosial mediada, qadın insan haqları fəalları arasında qəzəb yaradıb. Onlar uşaqlara qarşı seksual davranışların cəzasız qalacağını bildirirlər.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Türkiyə mediası yazır ki, fəallar bu qərardan Avropa İnsan Haqları məhkəməsinə şikayət verməyi planlaşdırırlar.

Ötən ay Türkiyə Konstitusiya Məhkəməsi cinayət məcəlləsindən, yaşı 15-dən az olanlara qarşı istənilən seksual hərəkəti «seksual sui-istifadə» sayan maddənin çıxarılmasını dəstəkləyib.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü də müvəqqəti işlər vəkilinin şənbə günü nazirliyə çağrılmasını təsdiqləyib. «Türkiyə hakimiyyətinin reaksiyasını nəzərə alırıq, amma bizdən ötrü bu, mətbuat azadlığıdır», Thomas Schnoell deyib.

Vyana aeroportunun sözçüsü söyləyib ki, həmin xəbərə görə məsuliyyət daşımırlar. Elektron tablo bir yerli qəzet tərəfindən idarə olunur və məzmununa da o cavabdehdir.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

«Deutche Welle» radiosu yazır ki, bu «qaçan sətir» Avstriyanın «Kronen Zeitung» tabloid qəzetinin yazısından götürülüb.

«QƏRAR DƏYİŞDİRİLMƏLİDİR»

İsveçin xarici işlər naziri Margot Wallstrom da bazar günü bu mübahisəli məsələyə toxunub. «Türkiyədə yaşı 15-dən az olanlarla cinsi əlaqəyə icazə verən qərar dəyişdirilməlidir. Uşaqları zorakılıqdan, cinsi istismardan qorumaq gərəkir», Avropa Komissiyasının keçmiş vitse-prezidenti və BMT-nin münaqişələrdə cinsi zorakılıq üzrə keçmiş elçisi olan Wallstrom bu barədə «Twitter» sosial şəbəkəsində yazıb.

Buna da bax: 6 yaşlı qızla evlənən molla

Türkiyədə ötən aykı çevriliş cəhdindən sonra kütləvi həbslər, təzyiqlər Ankarayla Avropanın münasibətlərini gərginləşdirib. Minlərlə adam işdən çıxarılıb, dindirilib, yaxud saxlanıb. Onların ABŞ-da yaşayan ruhani Fethullah Gulen-lə əlaqələri olduğu bildirilir. Türkiyə Gulen-i çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen isə bunu təkzib edir.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Türkiyə Prezidenti Recep Tayyip Erdogan və türklərin çoxu Qərbi çevriliş cəhdindən çox, onu planlayanların hüquqlarına daha çox diqqət ayırmaqda suçlayır.

NAZİRLƏRDƏN SƏRT BƏYANATLAR

Avstriyanın müdafiə naziri Hans-Peter Doskozil Türkiyəni «diktaturayla» müqayisə edib.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Ötən həftə isə Türkiyənin xarici işlər naziri Avstriyanı «radikal irqçiliyin paytaxtı» adlandırıb. Belə ki, daha öncə Avstriyanın kansleri Christian Kern Avropa Birliyinin Türkiyəylə üzvlük danışıqlarına son verməyə çağırmışdı.

Türkiyənin xarici işlər naziri Avstriyanı «radikal irqçiliyin paytaxtı» adlandırıb...

«Reuters» yazır ki, Türkiyəylə danışıqlar prosesinin dayandırılması Brüssellə Ankara arasındakı miqrasiya sazişinə də təhlükə yaradar. Həmin saziş Türkiyə ərazisindən Avropaya qanunsuz miqrasiyanın əngəllənməsini nəzərdə tutur. Əvəzində Türkiyəyə maliyyə yardımı ayrılır, vizasız gediş-gəliş, üzvlük danışıqlarının sürətlənməsi vəd olunur.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

«Türkiyə sazişdəki öhdəliklərinə əməl etsə də, vizasız gediş-gəliş məsələsi, hələlik, yubanır. Səbəb də Türkiyənin antiterror qanunlarıdır, Avropa bu qanunvericiliyi həddən artıq geniş sayır. Çevriliş cəhdindən sonra baş verənlər də yaxşı bir şey vəd eləmir», agentlik yazır.

Buna da bax: «Erdoğan çıx Vyanadan» şüarı qaldıran vyanalılar [video]

Erdoğan Avstriyada etiraz aksiyası ilə qarşılanır
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG