Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Türkiyədə 800-dən çox adam saxlanıb,reydlər davam edir


Foto arxiv
Foto arxiv

Türkiyə polisinin bütün ölkə böyu keçirdiyi reydlər zamanı ilahiyyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda şübhəli bilinən 803 nəfər saxlanıb.

Bu barədə aprelin 26-da “Anadolu” agentliyi Türkiyə prokurorluğuna istinadla xəbər verir.

Agentliyin məlumatına görə, hazırda ölkənin bütün əyalətlərində davam etdirilən əməliyyatlara 8 500 polis cəlb olunub.

Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Güleni 2016-cı il 15 iyul qiyam cəhdinin əsas təşkilatçısı hesab edir və ona qarşı bir sıra ittihamlar irəli sürülüb.

Fətullah Gülen bütün ittihamları rədd edir.

Ankara ABŞ-dan onun verilməsini tələb etsə də Vaşinqtin yetərli dəlillər göstərilməsini istəyir.

15 iyul qiyam cəhdindən sonra Türkiyədə 32 minə yaxın adam həbs olunub, hərbçi, polis, hakim, müəllim və digər dövlət qulluqçuları da daxil olmaqla 100 minə yaxın adam saxlanıb və ya vəzifəsindən kənarlaşdırılıb.

Foto arxiv
Foto arxiv

Aprelin 16-dakeçirilən referendumda isə ölkə sakinləri azacıq səs çoxluğu ilə ölkədə parlament sistemindən prezident idarəçiliyinə keçməyə səs veriblər.

Şərhçilər hesab edir ki, prezident Racep Tayyip Erdogan və onun hakim “Ədalət və İnkişaf” partiyası hakimiyyəti bir əldə cəmləşdirməyə çalışır.

Qeyd edək ki, referndumun nəticələri hazırkı prezident Recep Tayyip Erdoğana 2029-cu ilədək öz postunda qalmaq imkanı verir.

Buna da bax: “Avropa müşahidəçisi Türkiyə referendumunda 2, 5 milyon səsə şübhə ifadə edib”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG