Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:56

Azərbaycan müxalifəti Türkiyə seçkisindən nə öyrənə bilər?


Qiyas İbrahimova polisdən xəbərdarlıq - 'prezidenti sevənlər dözməyə bilər'
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Qiyas İbrahimova polisdən xəbərdarlıq - 'prezidenti sevənlər dözməyə bilər'

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərindən bir neçə gün keçsə də hələ ölkənin ən böyük şəhəri olan İstanbulda yekun nəticə elan edilməyib.

Mərkəzi Seçki Komissiyası Ankara və İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçilərinin qalib gəldiyini elan edib. Amma Prezident Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu iki şəhərdə nəticələrə təsir edən pozuntular olduğunu deyərək şikayət verib. Bu gün aprelin 3-də Mərkəzi Seçki Komissiyası İstanbulun 7 rayonunda etibarsız səslərin sayılması haqda qərar verib. İndi səslər yenidən sayılacaq.

Türkiyəli jurnalist Banu Güvənin fikrincə, iqtidar bu iki şəhərdə məğlubiyyəti qəbul etmək istəmir:

“Unutmamaq lazımdır ki, Recep Tayyib Erdoğan 1994-cü ildə hakimiyyətə məhz İstanbul böyük şəhər bələdiyyə başçısı olaraq, gəlib. Yəni, birincisi İstanbul çox önəmlidir. Amma İstanbulla yanaşı digər böyük şəhərlər də olduqca önəmlidir. Bundan başqa yeni seçilən müxalifət namizədlərinin nə edəcəkləri də olduqca önəmlidir”.

İqtidar korrupsiya paxırının açılacağından narahatdır

Banu Güvən düşünür ki, əgər müxalifət namizədləri yaxşı xidmət göstərsələr, öncəki rəhbərlərin nəyi yanlış etdiklərini, harada korrupsiyaya uğradıqlarını, qanunu pozduqlarını üzə çıxara bilsələr bu müxalifət üçün bir başlanğıc ola bilər.

Bəs, necə oldu ki, Türkiyədə iqtidar böyük şəhərlərdə seçkini uduzdu?

Banu Güvən düşünür ki, buna birincisi iqtisadi böhran, ikincisi də iqtidarın yanlış daxili və xarici siyasəti səbəb olub.

Türkiyədəki seçkiləri yaxından izləyən azərbaycanlı politoloq Şahin Cəfərli də razılaşır ki, son zamanlar iqtisadi böhrandan sonra hakimiyyətdən narazıların sayı artıb. Hətta hakimiyyətin öz tərəfdarları arasında da narazılar var.

Amma onun fikrincə, seçkilərin nəticəsinə ən ciddi təsir müxalifətin böyük şəhərlərdə birləşməsi olub:

“Bilirsiz ki, hakimiyyətin “Cumhur” ittifaqına qarşı müxalifət “Millət” ittifaqı formalaşdırdı. HDP - kürdlərin partiyası müxalifətin blokunda olmasa da özü böyük şəhərlərdə namizəd irəli sürmədi. Beləliklə də Türkiyədə bütün müxalifət bir araya gəldi. Bunun, özəlliklə də İstanbuldakı nəticələrə ciddi təsiri oldu”.

Washington İnstitutunda Türkiyə Araşdırmaları Proqramının rəhbəri, Yaxın Şərq üzrə ekspert Soner Çağaptay da razılaşır ki, bu seçkidə sağçılar, solçular, mərkəzçilər, miliyyətçilər, mühafizəkarlar, bir sözlə, bütün müxalifət birləşdi. Amma onun fikrincə, bu Türkiyənin böyük şəhərlərində müxalifətin qələbəsinin yeganə səbəbi olmayıb.

Türkiyədə iqtidar xüsusilə İstanbul və Ankarada rəsmi elan olunan nəticələri qəbul etmir. İstanbul və Ankarada bütün dairələr üzrə seçki nəticələrindən etiraz verib.

Amma müxalifət də eyni iddiadadır. Müxalif Cumhuriyyət Xalq Pariyasının İstanbul rəhbəri Canan Kaftancıoğlu bildirib ki, onun partiyası da 22 rayon üzrə etirazlarını təqdim edib və daha 4 min 960 səs əldə etməyə ümidlidir.

Seçicini siyasət yox, yeni metro xətləri maraqlandırır

Washington İnstitutunda Türkiyə Araşdırmaları Proqramının rəhbəri, Yaxın Şərq üzrə ekspert Soner Çağaptay düşünür ki, bu seçkilərdə müxalifət qazanıb. Buna da müxalifətin birləşməsi ilə yanaşı, iqtidarın yanlış kampaniya aparması da səbəb olub:

“İnsanlar hara yeni metro xətləri çəkiləcək, həyat necə asanlaşacaq, mədəni, iqtisadi, sosial həyat nələrin dəyişəcəyi haqda suallara cavab axtarırdı. Amma prezidentin təbliğat dövründə apardığı beynəlxalq təhlükəsizlik kampaniyası o qədər də uğurlu alınmadı. Çünki müxalifət indiyə qədər bəlkə də ən yaxşı bir seçki kampaniyası apardı. Erdoğanla beynəlxalq güvənlik mövzularında polemikaya girmədi, öz təbliğatlarına fokuslandı. Şəhərlərdə necə gözəl, yaşanılmalı hala gətirəcəklərindən danışdılar. Bu cür təbliğat gözlənilmirdi, surpriz oldu. Türkiyədə müxalifət ilk dəfə Erdoğanın “atdığı topun arxasınca qaçmayaraq”, öz yolunu getdi”.

Türkiyə siyasətini izləyən Azərbaycanlı politoloq Şahin Cəfərli düşünür ki, bu seçkilər hakimiyyət məsələsini həll etmir və əsasən yerli özünüidarəetməyə aidiyyatı var. Ona görə də politoloq lokal hakimiyyət dəyişikliyinin dövlətlərarası münasibətlərə təsiri olacağına inanmır.

Şahin Cəfərli Azərbaycanın bu seçkilərdən nəticə çıxarmalı olduğunu da istisna etmir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Sizcə, Azərbaycan Türkiyədəki seçkilərdən nə öyrənə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Türkiyədə martın 31-də bələdiyyə seçkiləri olub. Bu seçkilərdə müxalifət ilk dəfə böyük şəhərlərdə qalib gəlib. Amma iqtidar İstanbul və Ankaradakı nəticələrdən rəsmi etiraz tədqim edib.

Politoloq Şahin Cəfərli deyir ki, Türkiyənin əsas turizm və sənaye şəhərlərində müxalifətin qələbəsi onlara ruh yüksəkliyi gətirəcək. Çünki Türkiyənin əsas gəlir gətirən şəhərləri arasında məhz onlar yer alır. Ümumdaxili məhsulun 2/3-si məhz bu şəhərlərin payına düşür. Bundan başqa müxalifətdən seçilən bələdiyyə sədrləri uğurlu fəaliyyət göstərərsə, qarşıdan gələn 2023 parlament və prezident seçkilərində müxalifətin şansını daha da artıracaq. Ümumiyyətlə, böyük şəhərlərdəki qələbə müxalifəti gücləndirə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG