Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Türkiyə və Azərbaycanda kredit faizlərində kəskin fərq-media icmalı


Manat və dollar
Manat və dollar

Parlamentin yaradılmasının 100 illiyi, Azərbaycanda kredit faizlərinin bir çox ölkələrlə müqayisədə yüksək olması,... və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Bankların “yüksək faiz” bəlası”

“Müsavat.com” saytında “Bank kreditlərinin “yüksək faiz” bəlası: ekspert çıxış yolunu göstərdi”

Yazıda 2014-cü ildən sonra Azərbaycanda aktuallaşan problemli kreditlər mövzusu ekspert Vüsalə Əhmədova ilə müzakirə edilib.

Müəllif hesab edir ki, Azərbaycanda biznesin, vətəndaşların, bütövlükdə iqtisadiyyatın ən böyük problemi bankların düzgün qurulmayan kredit siyasəti və tətbiq etdikləri yüksək faizlərdir:

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

“Məhz bunun nəticəsidir ki, 2014-cü ilin sonlarından başlayaraq problemli kreditlərin həcmi sürətlə artdı və hələ də proses həllini tapmayıb. İki illik fasilədən sonra hazırda banklarda kreditlərin verilməsi bərpa edilsə də, faizlər yüksək olaraq qalır, xüsusən də manatla kreditlər üzrə faizlər əksər banklarda 30 faizə yaxındır”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Vüsalə Əhmədova da vurğulayıb ki, digər ölkələrlə müqayisədə Azərbaycanda kredit faizlərinin kifayət qədər yüksək olması danılmaz faktdır:

“İstehlak kreditlərilə bağlı ən sərfəli faizlə kredit təklif edən banklarda belə kredit faizləri hər min manat üçün 26-33 faiz təşkil edir. Bankların bir çoxunda isə qeyri-müştərilərə istehlak krediti heç verilmir, həmçinin müxtəlif şərtlər qoyulur”.

Ekspert deyib ki, bir qisim banklarda əməkhaqqını, təqaüdünü həmin bankın kartı ilə alan müştərilərə və ya həmin bankda əmanəti olan müştərilərə kredit verilir.

V.Əhmədova vurğulayıb ki, bnaklar həm də əhalidən cəlb edilən əmanətlərin faizlərini hər il aşağı salırlart. Onun sözlərinə görə, hazırda manatla yerləşdirilən əmanətlərdən ötrü ən yaxşı halda 6-11 faiz təklif edilir.

İqtisadçı müqayisə apararaq qeyd edib ki, Türkiyədə istehlak kreditləri cəmi 2,45-2,89 faizlə verilir.

Ekspertə görə, Azərbaycanda kredit faizlərinin yüksək olması problemli kreditlərin ildən-ilə artmasına gətirib çıxarır:

“Belə ki, 2017-ci ilin sonunda ölkə banklarında problemli kreditlər 1.626,7 milyon manat idi. Bu ilin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi 84 milyon manat yüksəlib.”.

Ekspert hesab edir ki, Azərbaycanda da kredit verilməsində bir sıra ölkələrin təcrübəsindən istifadə edilməlidir.

“Asan, amma bahalı...”

“Novoye Vremya” qəzetində də “Asan, amma bahalı” sərlövhəli yazı diqqət cəlb edir.

Bu yazıda da Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları-nın (BOKT) fəaliyyətindən söz açılır.

Müəllif yazıb ki, xarici analtiklərin hesabatına əsasən Azərbaycan əsl “kredit bum”u yaşayır və bu sahədə BOKT-dan kreditlər götürülməsi üstünlük təşkil edir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Yazıda vurğulanır ki, biznes qurumları və sadə əhali 2015-ci ildə baş verən devalvasiyalardan sonra ( manat iki dəfə dollar qarşısında dəyər itirib) kommersiya banklarına müraciətləri azaldıblar.

Müəllif qeyd edib ki, əhali sonra daha çox BOKT-lara üz tutub:

“Sadə dildə desək, kommersiya bankından kredit almaq olduqca çətindir, ona görə də biznes və əhali məcbur olub daha yüksək faizlə BOKT-dan kreditlər götürürlər”.

Yazıda qeyd edildiyinə görə, bu qurumlardan kredit götürmək asan olsa da riski az deyil.

Ekspert Əkrəm Həsənov isə iddia edib ki, bu qurumlar

tanıdıqlara şəxslərə kredeiti aşağı, tanımadıalrı şəxslərə isə

yüksəs faizlə və qiymətli əmlak qoymaqla verir.

Müəllifə görə, 30 faizdən yüksək olan kreditlər heç də kiçik sahibkarlığın inkişafıan təkan vermir. Amma yazıda vurğulanr ki, istər sahibkarların, istərsə də sadə insanların başqa çıxış yolu yoxdur.

“Müsəlman Şərqinin ilk parlamenti”

Azərbaycan parlamenti
Azərbaycan parlamenti

“Azərbaycan” qəzetində isə “Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənəli qeyd olundu” sərlövhəli yazı dərc edilib.

Yazı parlamentin 100 illik yubileyi münasibətilə sentybarın 21-də Milli Məclisdə keçirilmiş təntənəli iclasdakı çıxışlara əsasən hazırlanıb.

Milli Məclisin sədri Oktay Əsədov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti-nin (AXC) yaradılmasını xalqın dövlətçilik potensialının təzahürü adalndırıb.

100 il öncə parlament quruculuğuna gəlincə isə O.Əsədov deyib:

“Parlamentli respublika sisteminin tətbiqi demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı”.

O.Əsədov bildirib ki, AXC parlamenti ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi qanunvericilik aktları qəbul etməklə bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb.

Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva isə deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərsə də xalqın sonrakı tarixində mühüm rola malik olub.

Binali Yildirim (solda) və İlham Əliyev, Münhen, 18 fevral 2017
Binali Yildirim (solda) və İlham Əliyev, Münhen, 18 fevral 2017

Yazıda qeyd edildiyinə görə, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım isə bunları deyib:
“Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG