Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:10

Zəlzələ qurbanlarının sayı 36 mini keçir. 131 şübhəli...


Kahramanmaraş zəlzələdən sonra
Kahramanmaraş zəlzələdən sonra

Rəsmilər və tibb işçiləri fevralın 13-də bildiriblər ki, Türkiyədə zəlzələdə ölənlərin sayı azı 31,643 nəfərə, Suriyada isə 4,614 nəfərə çatıb. Beləliklə iki ölkədə zəlzələ qurbanlarının sayı 36 minə çatıb.

Bu arada Türkiyə Sahibkarlar və Biznes Konfederasiyasının verdiyi məlumata görə zəlzələlər Türkiyəyə 84 milyard dollarlıq ziyan vurub.

Dağıntıya məruz qalmış 10 vilayətdə Türkiyə əhalisinin 15 faizi və ya 13.4 milyon nəfər yaşayır və ölkə ÜDM-nin 10 faizi bu ərazidə istehsal edilir.

Konfederasiyanın məlumatına görə evlərin və infrastrukturun bərpa və təmirinə 70 milyard dollar tələb olunacaq.

Bu da əlavə edilir ki, milli gəlirin 10 milyard dolları itirilib və daha 2.7 milyard dolları buraxılmış iş günlərinə görə itiriləcək.

Prezident Recep Tayyip Ərdoğan deyib ki, bütün evlərin bərpası bir il ərzində başa çatdırılacaq, amma indilik ölkə zəlzələ qurbanlarının müvəqqəti yerləşdirilməsi problemi həll edilməlidir.

***

Türkiyə və Suriyada zəlzələdən bir həftə keçir, təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir. Zəlzələ qurbanlarının ümumi sayı 33 mini keçib. Bu, Türkiyədə 1939-cu ildən bəri ən çox ölümlə nəticələnmiş zəlzələ hesab olunur.

“Reuters” xəbər verir ki, Türkiyənin cənubundakı Antakya şəhərinin mərkəzi rayonlarından birində şirkətlər mağazalarını qarətdən qorumaq üçün boşaldıblar.

Yerli sakinlər və digər şəhərlərdən gələn yardım işçiləri təhlükəsizlik şəraitinin pisləşməsindən, dağılmış şirkət və evlərdən oğurluq hallarından gileyləniblər.

Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin talançılara qarşı sərt tədbir görəcəyini deyib.

'Azərbaycan Türkiyə zəlzələsinin nəticələrindən dərs çıxarmalıdır'
Gözlə

No media source currently available

0:00 0:09:21 0:00

Suriyada özlərini “atılmış hiss edənlər”

Suriyada üsyançıların əlində olan şimal-qərb hissəyə hökumətin nəzarətində olan ərazilərlə müqayisədə daha az yardım çatdırılıb.

“Suriyanın şimal-qərb hissəsində adamlara kömək edə bilməmişik. Onlar haqlı olaraq özlərini atılmış hiss edirlər”, – BMT-nin yardım üzrə başçısı Martin Qriffis (Martin Griffiths) Türkiyə-Suriya sərhədindən tvitində yazıb.

Vaşinqton Suriya hökumətini və ölkəyə nəzarət edən digər qüvvələri ehtiyacı olanlara humanitar yardıma çıxışa dərhal imkan verməyə çağırıb.

Sağ qalanlar

Zəlzələdən artıq tam bir həftə keçməsinə baxmayaraq, hələ də dağıntılar altından sağ qalanlar çıxarılır. Çinli xilasedicilər və türkiyəli yanğınsöndürənlər 54 yaşlı suriyalı Malik Milandini çıxarıblar. O, Antakyada dağıntılar altında 156 saat qalıb.

“Reuters” agentliyi bəzən nəqliyyat vasitələrinin dayandığını, xilasedicilərin dağıntılar altında həyat işartılarını aşkarlaması üçün sükuta ehtiyac yarandığını yazır.

Bazar günü ata və qızı, bir körpə və 10 yaşlı bir qız da çıxarılıb, ancaq getdikcə belə səhnələr azalır, ölü sayı isə amansızcasına artır.

131 şübhəli müəyyənləşdirilib

Yaşayış binalarının zəlzələyə davamlılığı Türkiyədə ən çox müzakirə olunan məsələdir. Ölkənin vitse-prezidenti Fuat Oktay bəzi binaların dağılmasına görə məsuliyyət daşımaqda şübhəli bilinən 131 nəfərin müəyyənləşdirildiyini deyib.

Bu zəlzələ əsrin ən çox ölümə səbəb olmuş altıncı təbii fəlakəti hesab olunur. 2003-cü ildə qonşu İranda zəlzələdən 31 min nəfər ölmüşdü.

Hazırda Türkiyədə ölü sayı 29 min 600-ü, Suriyada isə 3 min 500-ü keçib.

Türkiyə xəstəxanalara 80 minədək, müvəqqəti sığınacaqlarda 1 milyondan çox insanın yerləşdirildiyini bildirib.

XS
SM
MD
LG