Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Türkiyə Rusiyadan S-400 alır. Beh ödənib


S-400 antitəyyarə raket sistemi
S-400 antitəyyarə raket sistemi

Türkiyə Rusiyadan S-400 antitəyyarə raket sisteminin alışına dair Moskva ilə saziş imzalayıb.

Bu, Türkiyənin Rusiya ilə imzaladığı ən bahalı silah sazişidir.

Türkiyə qəzetləri sentyabrın 12-də prezident Recep Tayyip Erdoğana istinadən Ankaranın ümumi dəyəri 2, 5 milyard dollar olan bu alış-verişin behini ödədiyini yazıb.

Qazaxıstan səfərindən qayıdan Erdoğan təyyarənin göyərtəsində olan jurnalistlərə deyib ki, o və prezident Vladimir Putin “bu məsələdə qətiyyətlidirlər”.

Erdoğanın bəyantını Putinin hərbi müşaviri Vladimir Kojin də təsdiq edib. O deyib ki, “kontrakt imzalanıb və icrasına hazırlıq gedir”.

Kojin əlavə edib ki, bu saziş barədə bütün qərarlar Rusiyanın strateji maraqlarına uyğundur.

Ankaranın qeyri-NATO ölkəsindən belə bahalı hərbi avadanlıq alması Qərbdə bu silahın NATO sisteminə uyğunluğuna dair natrahatlıq yaradıb.

Adı çəkilməyən NATO rəsmisi bildirib ki, alyans Türkiyənin Rusiya istehsallı raket sistemi alması barədə məlumatlıdır.

Həmin rəsmi deyib ki, “kimdən silah almaq müttəfiqlərin öz işidir…”

Lakin o əlavə edib ki, burada əsas məqam bu silah sisteminin NATO avadanlıqları sistemində işləyə bilib-bilməməsidir.

Rəsminin sözlərinə görə, hazırda heç bir NATO müttəfiqinin S-400 sistemi yoxdur.

ABŞ Birləşmiş Qərargahlar rəisi Joseph Dunford hələ ötən iyul ayında demişdi ki, Ankaranın Rusiyadan S-400 alması Vaşinqton üçün “narahatlığa” səbəb olacaq.

Pentaqon bu sazişlə bağlı bildirib ki, NATO müttəfiqlərinin alyansın avadanlığına uyğun silahlar alması arzuolunandır.

Lakin Erdoğan sentyabrın 12-də bəyan edib ki, Türkiyə öz müddafiə ehriyacları üçün silah almaq məsələsində sərbəstdir.

O deyib ki, “biz öz müstəqilliyimiz barədə özümüz qərarlar çıxarırıq”.

Rusiyanın S-400 yer-göy raketləri 400 kilometr radiusda 80 hədəfi eyni vaxtda vura bilir.

Moskva onun hərbi təyyarəsi 2015-ci ildə Türkiyə tərəfindən vurulduqdan sonra S-400 sistemini həm də Suriyanın Latakiya bazasında yerləşdirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG