Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:56

Türkiyənin ‘iki Rusiya casusunu’ iki Krım tatar liderinə dəyişdiyi xəbər verilir


İlmi Umerov (solda), Mustafa Cemilov (ortada) və Axtem Çiygöz oktyabrın 27-də Kiyevin Borispol hava limanında
İlmi Umerov (solda), Mustafa Cemilov (ortada) və Axtem Çiygöz oktyabrın 27-də Kiyevin Borispol hava limanında

Türkiyənin Habertürk kanalı xəbər verir ki, Ankara casusluqda ittiham edilən iki rusiyalını, Rusiyanın işğal olunmuş Krımda həbs etdiyi iki tatar liderinə dəyişib.

Habertürk noyabrın 29-da bildirib ki, adlarının Aleksandr Smirnov və Yuri Anisimov olduğu deyilən şəxslər ötən ay Rusiyaya ekstradisiya ediliblər. Bunun müqabilində Rusiya iki Krım tatarını – Axtem Çiygöz və İlmi Unerovu həbsxanadan azad edərək təyyarə ilə Türkiyəyə göndərib.

Habertürkün məlumatına görə, 2016-cı ilin aprelində İstanbulda həbs olunmuş Smirnov və Anisimov 2000-2015-ci illərdə yeddi çeçenin qətlində ittiham olunan “zərbə komandasının” üzvü olmaqda şübhəli bilinirdilər.

Bu da xəbər verilir ki, şübhəlilər ittihamları rədd edirdilər. Onları bundan başqa həm də “siyasi və hərbi casusluq məqsədilə məxfi informasiya toplamaqda” şübhəli bilirdilər.

Habertürk bildirir ki, bu iki iddia edilən casusun oktyabrın 24-də İstanbulda keçirilən məhkəməsində prokuror onların xaricdəki məhbuslarla dəyişdirilməsi məqsədilə azad olunmasını istəmişdi.

Xəbər verilir ki, Türkiyə iki rusiyalını oktyabrın 25-də, Rusiyanın tatarları azad etməsi ilə eyni vaxtda azadlığa buraxıb.

Türkiyə və Rusiya rəsmiləri bu xəbər barədə heç bir şərh verməyiblər.

Tatarların azad olunduğu vaxt Çiygözün vəkili Nikolay Polozov AzadlıqRadiosuna demişdi ki, bu hadisə, hazırda Ukrayna parlamentinin üzvü olan Krım tatar lideri Mustafa Cemilevin, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın və başqalarının “nəhəng hüquqi, diplomatik və siyasi səylərinin” nəticəsində baş verib.

Krım tatarlarının Milli Məclisində sədr müavinləri olan Çiygöz və Umerov ötən sentyabrda Rusiya hakimiyyət orqanları tərəfindən qanunsuz nümayişlərin təşkilində və separatçılıqda ittiham edilərək məhkum olunmuşdular.

O vaxt insan haqları qrupları və Qərb hökumətləri Krım tatarlarının həbsini qətiyyətlə pisləmişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG