Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Türkiyə Qətərdəki bazanın bağlanmasına dair Səudiyyənin tələbini rədd edib


Türkiyənin müdafiə naziri Fikri Işık
Türkiyənin müdafiə naziri Fikri Işık

Türkiyə onun Qətərdəki hərbi bazasını bağlamasını Səudiyyə başda olmaqla tələb edən dörd ərəb ölkəsinin çağırışını rədd edib.

Ankara bildirib ki, bu baza Körfəzdə təhlükəsziliyin qarantıdır və onun bağlanması tələbi Türkiyənin Doha ilə münasibətlərinə müdaxilə kimi qiymətləndirilir.

Müdafiə naziri Fikri Işık Türkiyənin NTV kanalına deyib ki, Ankara Qətərlə 2014-cü ildə bağlanmış sazişə təkrar baxmaq niyyətində deyil.

Nazirin bu bəyanatından əvvəl Qətəri onu terrora iddia edilən dəstəyi ilə bağlı boykot edən dörd ərəb ölkəsindən birinin nümayəndəsi demişdi ki, Dohaya Türkiyə bazasının bağlanması da daxil 13 tələb göndərilib.

İyunun 22-də Türkiyənin daha 5 zirehli maşını və 23 əsgəri hərbi təlim və əməkdaşlıq sazişinə uyğun olaraq Dohaya gətirilib.

Hürriyet qəzetinin verdiyi xəbərə görə artıq bundan əvvəl Dohaya 88 türk hərbçi göndərilmişdi.

Qəzet yazır ki, Türkiyə və Qətər ordularının birgə hərbi manevrləri Ramazan bayramının ardınca başlanacaq.

Bu da xəbər verilir Qətərdəki Türkiyə hərbçilərinin sayı 1000-ə çatdırıla bilər.

Işık deyib ki, Türkiyə bundan sonra da Körfəzin təhlükəsizliyini möhkəmləndirmək əzmindədir.

Nazir bildirib ki, Qətərdəki bazanın bağlanması məsələsi gündəlikdə yoxdur.

Türkiyə hərbi dəstəklə yanaşı Qətərə iqtisadi dəstəyini də gücləndirib.

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci deyib ki, dörd ərəb ölkəsi Qətərə boykot elan edəndən bəri bu ölkəyə Ankaranın ixracı üç dəfə artıb.

Tüfenkci deyib ki, iyunun 5-dən bəri Qətərə ixrac 32, 5 milyon dollara çatıb. Bunun 12. 5 milyonunu ərzaq malları təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG