Aprelin 18-də Türkiyədə polis helikopteri qəza edib. Rəsmi məlumata görə, helikopterdə 12 nəfər olub. Bəyanatda qeyd olunur ki, Tünceli vilayətindəki Pulumur şəhərindən havaya qalxdıqdan 10 dəqiqə sonra əlaqə kəsilib.
Helikopterdə 7 polis, bir hakim, bir əgsər və 3 nəfər ekipaj üzvü olub.
Pis hava şəraitinin qəzaya səbəb olması ehtimalı irəli sürülür.
Xilas edicilər hadisə yerinə yollanıblar. Amma yerli medianın məlumatına görə kəskin duman axtarışları çətinləşdirib.