Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:44

Türkiyədə partlayış, Erdogan PKK-nı günahlandırır (Video)


Türkiyədə yeni partlayış, az 12 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Türkiyədə yeni partlayış, azı 12 nəfər həlak olub

Türkiyənin Kayseri şəhərində Erciyes Universitetinin yaxınlığında səhər saatlarında ictimai nəqliyyat keçərkən bomba yüklü maşın partladılıb.

Türkiyə prezidenti Recep Tayyib Erdogan Kayseridə baş verən partlayışda PKK-nı günahlandırıb. Bu barədə dekabrın 17-də yayılan bəyanatda deyilir.

Olayla bağlı hələ ki, heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

CNN Türk xəbər verir ki, avtobusda izinlə şəhərə çıxan əsgərlər də olub.

Şahidlərin dediklərinə görə, avtobus universitetin yanından keçərkən ona soldan bir avtomobil yaxınlaşıb və bu zaman partlayış baş verib. İlkin məlumatlarda Türk Silahlı Qüvvələrinin 12 əsgərin həlak olduğu, 48 nəfərin yaralandığını bildirilir.

Rəsmilər olayın terror hadisəsi olduğunu deyirlər.

Bundan əvvəl dekabrın 10-da İstanbulun mərkəzində eyni vaxtda ayrı-ayrı yerdə partlayış baş vermiş, onlarla adam həyatını itirmişdi.

Son bir ildə Türkiyənin paytaxtı Ankara və İstambulda dalbadal terror olayları baş verib, yüzdən çox adam həlak olub.

Hökumət terrpr olaylarında PKK-nı, İD-i və digər qrupları günahkar bilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG