Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

Tənqidçi jurnalist terrorizmi dəstəkləməkdə ittiham olunur


Jurnalist Ahmet Şik
Jurnalist Ahmet Şik

Bir il Güleni tənqidinə görə həbsdə yatan Ahmet Şık indi də onun təbliğatını aparmaqda suçlanır.

Türkiyə məhkəməsi müxtəlif qrupların təbliğatında ittiham olunan araşdırmaçı jurnalist Ahmet Şıkı həbsdə saxlayıb. Bu barədə onun vəkili və bir müxalifətçi millət vəkili açıqlama yayıb.

Şık ötən ilin iyulunda baş tutmayan dövlət çevrilişi cəhdindən sonra hökumətin az sayda qalan tənqidçilərindən biri “Cümhuriyyət” qəzetində çalışır. Uğursuz dövlət çevrilişi cəhdindən sonra dövlət strukturlarında çalışan on minlərlə adam işdən çıxarılıb və ya həbs olunub.

“…qandal vurdular”

Ana müxalifəti təmsil edən CHP-nin millət vəkili Sezgin Tanrikulu yazıb ki, “qəzetçilik, xəbərçilik, xəbər əldə etmə haqqına daha bir qandal vuruldu. Ahmet Şık həbs olundu”.

Vəkil Efkan Bolac deyib ki, Ahmet Sık Kürd İşçiləri Partiyası-nın (PKK), DHKP-C-nin, Ankaranın terrorçu kimi tanıyaraq Gülən Terrorçu Təşkilatı adlandırdığı FETO-nun təbliğini aparmaqda ittiham edilir.

Fethullah Gulen, ABŞ, 16 iyul 2016.
Fethullah Gulen, ABŞ, 16 iyul 2016.

İyulun 15-də dövlət çevrilişi cəhdi zamanı 240-dan çox adam ölüb. Türkiyə hökuməti bunda ABŞ-da məskunlaşan dini xadim Fethullah Gulen-i və onun tərəfdarlarını məsul tutur.

“Anadolu” dövlət agentliyi yazır ki, Ahmet Şık həm də dövləti, ədliyyəni, hərbiçiləri və polisi aşağılamaqda ittiham edilir. O, dekabrın 29-da İstanbulda saxlanıb.

Ahmet Şık-ın tvitləri

Ahmet Şık dekabrın 28-də “Tvitter” səhifəsində yazıb ki, deyəsən, bir statusuna görə həbs olunacaq. Dekabrın 26-da jurnalist hesabında bildirib: “Gün gələcək, dövran dönəcək, AKP xalqa hesab verəcək” şüarı bir örgütə (quruma) aid deyil. Amma qorxmaqda haqlısınız”.

Dekabrın 25-dəki statusunda o yazıb: “Həmkarlarımız RedHack'in xidmət etdiyi Albayrağın “email”ləriylə bağlı xəbər verdikləri üçün örgüt təbliğatı ilə suçlandırırlar”.

Onun tvitləri arasında bu da var: “Tahir Elçiyi tutmaq yerinə qətl etməyi seçdilər. Qatil sürüsü bir mafiyasınız”, “Qatil dövlətdir deyincə, kefiniz pozulur”.

FETO-ya görə on minlərlə adam təqibdə

Türkiyədə silahlı hücumlar təşkil edən “DHKP-C” və Türkiyənin on illərdi mübarizə apardığı PKK ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Nyu

Türkiyə, Istanbul, 16, iyul 2016
Türkiyə, Istanbul, 16, iyul 2016

-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, Türkiyədə iyuldan bəri azı 81 jurnalist həbs olunub, 130-dan çox media qurumu bağlanıb. Onların çoxu terrorizmi dəstəkləməkdə suçlu sayılıb.

110 mindən çox dövlət qulluqçusu, polis, akademik və digərləri Gülən-ə bağlılıqda suçlandırılaraq ya həbs edilib, ya da işindən uzaqlaşdırılıb. 40 mindən çox adam həbs altındadır.

Türkiyənin Qərb müttəfiqləri burda baş verənlərdən narahatdılar, ancaq rəsmi Ankara deyir ki, bu araşdırmalar Gulən şəbəkəsindən doğan təhlükəni üzə çıxartmaq üçündür.

Fethullah Gulen bu ittihamları rədd edir.

Şık uzun müddət Gulen-in tənqidçilərindən olub. 2011-ci ildə o, Gulen-in bioqrafiyasına görə bir il həbsdə yatıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG